F-1.az-ın məlumatına görə, bu dəyişikliklərdən sonra bolidlərin daha sürətli olacağı gözlənilir.
Censon Batton: “Maşınların səsi daha çox olmalıdır. V6 mühərriklərini sevmirəm. Əsl səs V8 və V10-ların səsi idi. Təkərlərin yol tutuşu daha çox olmalıdır. Formula1 irəliyə doğru böyük bir addım atmalıdır. Dəyişikliklərdən sonra 7-8, hətta 10 saniyə daha sürətli ola bilərik. Keçidlərin daha rahat olmasını istəyirik. Ümid edirəm ki, bunları gələn il görə biləcəyik…”