F-1.az xatırladır ki, almaniyalı sürücü son illərdə daha çox səhvləri ilə diqqət mərkəzinə düşüb və bu bəs deyilmiş kimi, 2019-cu ildə gənc komanda yoldaşı Leklerdən geridə qalıb. Beləliklə, Fettel karyerasında ikinci dəfə komanda yoldaşından geridə qalıb.
Censon Batton: “Bəzi axmaq səhvləri oldu. Özü də bunu təsdiqləyər. Ancaq mən inanıram ki, o, güclü formada qayıdacaq. Onun böyük istedadı var və bunu yeni mövsümdə görəcəyik”.