F-1.az xatırladır ki, britaniyalı sürücü 2009-cu ildə Dünya Çempionu olduqdan sonra McLaren komandasına keçmiş və 2010-2012-ci illərdə yaxşı performans göstərmişdi. Bu performansına görə Ferrari komandası 2012-ci il mövsümü üçün Battonu transfer etmək istəyirdi.
Censon Batton: “2011-ci ildə Ferrari danışıqlar aparmışdım. Amma adları sadəcə Ferrari olduğu üçün oraya gedə bilməzdim. Orada yarışmaq təbii ki, gözəldir, ancaq əsas məqsədim qalib gəlmək idi. O dövrlər McLaren daha sürətli olduğu üçün daha yaxşı alternativ idi”.