C.Batton: “Əgər istəsəm, karyeramı davam etdirərəm”

McLaren Honda komandasının sürücüsünün müqaviləsi bu ilin sonunda bitir və onun gələcəyi ilə bağlı hər gün yeni iddialar səsləndirilir.

F-1.az bildirir ki, Formula1 tarixində ən çox yarışa çıxmış Rubens Barikellonun rekordunu yeniləməyə çox yaxın olan Censon istədiyi təqdirdə, Formula1-də qalacağını bildirib.

Censon Batton: “Əgər istəsəm, qalaram. Əsas məsələ mənim yarışmaq istəyib istəməyəcəyimdir. Hazırda bu sualın cavabının nə olacağını bilmirəm. Qalmağım üçün yeganə stimul var: qələbə qazanmaq. Bu, McLaren və ya başqa komanda ilə ola bilər”.

Censon Batton daha 3 yarışa çıxarsa, McLaren sükanı arxasında ən çox oturmuş sürücü olan Mika Həkkinenin rekordunu yeniləyəcək: “Həkkinen haqqında düşündüyümdə, təqaüdə tez çıxdığını görürəm və onun rekorduna niyə çatdığımı başa düşürəm”.

Batton Kimi Rəykkönenin daha bir il idmanda qalmasına təəcüblənmədiyini də bildirib: “Onun hansı vəziyyətdə olduğunu və arxa planda nələrin baş verdiyini bilmirəm. Amma müqaviləsini uzatması məni təəccübləndirmədi”.

 

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*