C.Batton Çində yeni mühərriyə keçəcək

McLaren komandasının ingiltərəli sürücüsü Censon Batton Çində yeni mühərrikdən istifadə edəcək...

F-1.az xatırladır ki, Censon Batton Bəhreyn yarşında 10-cu yerdə gedərkən, mühərrikdə problem yaranıb və ingiltərəli sürücü yarışı vaxtından əvvəl dayandırmalı olub.

Honda şirkəti yarışdan sonra Battonun mühərriyini təhlil edib. Yaponlar nəticədə mühərriyi dəyişdirmək qərarına gəliblər və eyni problemin yenidən baş verməməsi üçün tədbir görəcəklərini deyiblər: “Battonun mühərriyində mexaniki problem əmələ gəldi. Vəziyyəti analiz etdik və bundan sonrakı mühərriklərdə eyni problemin baş verməməsi üçün tədbirlər gördük”.

Censon Batton isə bildirib ki, güc qurğusunun performansı artıb, amma britaniyalı sürücü əlavə edib ki, mühərriyin etibarlılıq problemi var və bu sahədə inkişaf getməlidir: “Mühərrik dayanana qədər bolidin performansı çox yaxşı idi. Ümid edirəm ki, bu hal Çində də davam edəcək.

Amma biz güc qurğusunun dözümlülüyünü artırmalıyıq. Biz qətiliklə bilirik ki, bu sahədə də inkişaf edə bilərik, amma bu inkişaf 100 faiz olmalıdır, yoxsa yetərli olmayacaq. Hər yarışa yeniliklər gətirməliyik”.

Qeyd edək ki, McLaren komandasına bu mövsüm ilk xalını Fernando Alonsonu əvəzləyən Stoffel Vandorn qazandırıb….

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*