F-1.az xatırladır ki, Censon Batton cümə günü keçirilən sərbəst yürüşlərdə 3-cü yeri tutsa da, sıralanma turunda debütant komanda yoldaşının gerisində qalıb.
Batton bildirib ki, onlar üçüncü seansa çıxmağı gözləyirmişlər: “Bugünkü performansım mənə yaraşmadı. Bəlkə də rəqiblərimiz cümə günündən fərqli olaraq, mühərriklərinin gücünü açıblar, amma mən üçüncü seansa çıxmağımızı gözləyirdim.
Əgər boliddəki balans Q1-dəki kimi olsaydı, Q3-ə qala bilərdik. Rəqiblərimizə çox yaxın idik”.
Batton qeyd edib ki, Q2-nin ortasına qədər bolid özünü yaxşı aparıb, amma daha sonra bolidin balansı pozulub: “Bolid bütün həftəsonu ərzində güclü idi.
Balans çox yaxşı idi, Ön tərəfdə bir az sürüşkənlik var idi, amma boliddən razı idim. Amma sonuncu dövrədə nə olduğunu başa düşmədim. Hər şey tərsinə döndü və arxa tərəf sürüşməyə başladı”.