C.Batton: “Altılığa düşə bilərdim”

McLaren Honda komandasının sürücüsü Censon Batton bildirib ki, əgər yarışı vaxtından əvvəl dayandırmasaydı, 5-ci və ya 6-cı yeri tuta bilərdi.

F-1.az saytı xatırladır ki, Censon Batton Bəhreyndə yarışın 7-ci dövrəsində yaşadığı mexaniki problemlərə görə vaxtından əvvəl dayanmalı olub. Onun komanda yoldaşı Stoffel Vandorn isə debüt yarışında 10-cu yeri tutaraq, karyerasının ilk xalını qazanıb.

Yarışda sonra Censon Batton bildirib ki, onlar uzun müddətdən sonra bu qədər güclü olublar, amma mexaniki problemlərin qurbanı olublar: “Yarış ərzində mən Qrojan və Ferstappen ilə mübarizə aparırdım. Onlar da yarışı 5-ci və 6-cə yerlərdə bititrdilər.

Bolid həftəsonu ərzində çox yaxşı təsir bağışlayırdı və yaxşı xallar qazana bilərdim.

Artıq məyus olmağın heç bir mənası yoxdur. Biz keçən ilə nisbətən böyük yol qət etmişik və hamı bunu görür.

İndi məyus olmaqdansa, səhvlərimizdən dərs çıxarmalıyıq və inkişaf etməliyik.

Bolidin performansı gündən-günə artır. Ona görə də biz mexaniki problemləri dəf edə bilsək, uğur qazanacayıq”

McLaren Honda-nın idman direktoru Erik Bulye bildirib ki, Batton problem yaşamasaydı, rahatlıqla 6-cı yeri tutardı…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*