F-1.az xatırladır ki, ispaniyalı sürücü bu il 5 dəfə motora görə mübarizəni dayandırıb. Alonso bu il sırf problemlərə görə 60 xal itirdiyini deyib.
İkiqat Dünya Çempionu son motor problemini Meksikada yaşayıb. O rahatlıqla yeddinciliyə gedərkən motorunda silindirlərdən biri sıradan çıxıb və dayanmalı olub.
Censon Batton: “Doğrudan da çətindir. Fernando Meksikada pitə gələrkən xoşbəxt idi. Hard təkərə keçdi və mübarizəyə hazır idi. Lakin daha sonra fəlakətlə üzləşdi. Güc qurğusunda problem yarandı və bir döngədə komanda yoldaşı Okon da daxil olmaqla bir neçə sürücü onu keçdi. Bundan sonra mübarizəni dayandırdı. Belə halı heç bir sürücü xoşlamır.
Onun üçün çətin yarış idi. Radiodan sakit danışsa da, boilddən düşəndə özünü itirdi. O, 41 yaşına baxmayaraq yaxşı sürür və belə nəticə ilə üzləşdiyini görmək çətindir. O, hələ də çox istedadlıdır və emosiyalarından da görünür ki, idmana sevgisi böyükdür.
Onu bu vəziyyətdə görmək çətindir. Ümid edirəm ki, növbəti il daha dözümlü maşını olar və yaxşı nəticələr qazanar”.