C.Batton Alonso və Həmiltonu müqayisə edib

Censon Batton Formula1-dəki ən çətin rəqiblərindən danışıb və bildirib ki, Həmiltonu sıralanma turunda, Alonsonu isə yarışda keçmək çox çətin olub.

F-1.az xatırladır ki, Batton Əbu Dabi QP-dən əvvəl bir də Formula1-də yarışmayacağını açıqlamışdı. Britaniyalının gələcəkdə nə edəcəyi hələ də müəmmalıdır.

Censon Batton: “Karyeram ərzində güclü komanda yoldaşları ilə mübarizə apardım. Lyuis sıralanma turunda başqa səviyyədə olurdu. Yarışda isə ən güclü rəqibim Alonso idi. Yarışda mükəmməl performans göstərsəniz də, Alonsonu güzgülərinizdə görə bilərsiniz və o, sizi qabaqlayır. Əgər problem yaşamasa, Alonso yarışı sizin önünüzdə bitirəcək. O çox güclü sürücüdür.

Gələcəkdə isə ən böyük uğurları Rikkardo qazanacaq. Maks da gənc və istedadlı sürücüdür. Bir gün Dünya Çempionu titulunu qazanacağına əminəm, amma Daniel öz üzərində yaxşı işləyir. Çox təcrübəlidir və təzyiq altında nə etməli olduğunu bilir. Həm də yaxşı insandır”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*