F-1.az xatırladır ki, Honda komandası 2008-ci ilin sonunda maliyyə böhranına görə Formula1-dən getmiş və 2009-cu ildə Ross Braun komandanı 1 dollara satın alaraq, Brawn GP adı ilə yarışdırmağa qərar verərək, Battonu komandada saxlamışdı. Britaniyalı sürücü yeganə çempionluğunu da məhz onda qazanmışdı.
Censon Batton: “Toro Rosso komandası 2009-cu ildə alternativlərdən biri idi. Onları çox sevirdim. Məncə, onlarda ruh var. Amma bilirdim ki, orada podiumdan uzaq qalacam. Bundan başqa məndən komandaya pul gətirəcək sponsorlar istəyirdilər. Bu, cəlbedici təklif deyildi.
Formula1 üçün heç darıxmıram. Monakoda sıralanma turunda 9-cu olsam da, yarışı bitirə bilmədik. Bundan sonra qayıtmaq barədə istəyim heç olmadı.
Formula1-dən müxtəlif təkliflər alsam da, maraqlanmıram. Amma gələcəkdə yenidən yarışacam. Artıq müqaviləm də mənə məhdudiyyət qoymur və başqa seriyalarda yarışa bilərəm. Rallikros təcrübəsi gözəl idi. Super GT-nin də dadını almışam. Bir gün Le Manda da yarışmaq istəyərəm. Orada gözəl şeylər olur. Atam yanımda olmadan Formula1 olmaz”.