F-1.az xatırladır ki, Honda komandası üç ildir ki, ideal formadan çox uzaqdadır. Düzdür, Markes son 3 ildə zədələrlə boğuşub və real performansını göstərə bilmir.
Amma unutmamalıyıq ki, ispaniyalı əfsanə mövsümün ilk yarışı olan Portuqaliyada poul qazanmış və ayyarımdan sonra qayıtdığı Fransada yenə də poul və podium uğrunda mübarizə aparmışdı. Bu da Honda-nın qeyri-stabil olduğunu göstərir.
Honda-nın problemlərindən təkcə Markes yox, komandanın digər sürücüləri Xoan Mir, Takaaki Nakaqami və Aleks Rins də təsirlənir.
Buna görə də bəzi dedi-qodulara görə Markes Honda-dan ayrılmaq fikrindədir.
Cakomo Aqostini: “Honda Dünyanın ən böyük istehsalçısıdır. Buna görə də oradan ayrılmaq heç də asan deyil. Hazırda onların vəziyyəti yaxşı olmasa da, dünya yuvarlaqdır. Bu səbəbdən yenidən Honda-nın zamanı gələ bilər.
Hamı Ducati-yə rahatlıqla öyrəşə bilməz. Aprilia və KTM də çox güclüdür. Buna görə komanda dəyişmək qərarı vermək çox çətindir.
Ducati-nin onsuz da qalib gələn sürücüləri var. Marka ehtiyacları yoxdur. Ona sahib olmaq istəsələr də, qazana bilən sürücüləri dəyişməyəcəklər.
Yamaha isə Honda-dan çox da fərqlənmir. Buna görə də Mark səbirli olmalıdır. Bir az əziyyət çəkəcək, amma hər fırtınadan sonra günəş doğar. Görəcəyik”.