Byankinin ölümü Rikkardoya təsir edib

Renault komandasının sürücüsü Daniel Rikkardo bildirib ki, Jül Byankinin ölümü onu gözlədiyindən çox sarsıdıb.

F-1.az xatırladır ki, Jül Byanki 2014-cü ilin Yaponiya yarışında qəza edərək komaya düşmüş və 9 aydan sonra dünyasını dəyişmişdi.

Byanki və Rikkardo uşaqlıqdan birlikdə yarışıblar və iki yaxın dost idilər. Bu dostluq hər iki sürücü Formula1-də yarışanda da davam edirdi.

Daniel Rikkardo: “2015-ci ildə həyatımda çox şey oldu. Jülün ölümü mənə gözlədiyimdən çox təsir etdi. Bu da həyatımda yeni versiyalar əmələ gətirdi. O öldükdən sonra ilk yarış Macarıstanda idi. Həmin il ilk podiumumu qazandım və komanda üçün dubl podium idi. Çox emosional həftəsonu olmuşdu”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*