Bukmeykerlər M.Ferstappenin titulları üçün pul qoyuluşları elan ediblər

2015-ci ildə Formula1-də debüt edən Maks Ferstappen elə ilk gündən diqqətləri üzərinə çəkməyi bacarıb. Formula1-də yarışan ən gənc sürücü olan Maks üçün cari mövsüm bir çox əlamətdar hadisələrlə zəngin olub.

F-1.az xatırladır ki, mövsümün gedişində – İspaniya Qran Prisindən əvvəl Daniil Kvyatın əvəzinə Red Bull-a gətirilən gənc hollandiyalı Barselonada yeni komandası ilə ilk yarışdaca qələbə qazanmışdı. Ən gənc qələbə qazanan, ən gənc podiuma yüksələn, ən gənc yarışa liderlik edən sürücü olan Maks Braziliyadakı yarışda ən gənc sürətli dövrə vuran sürücü adına sahib çıxıb. Red Bull-a keçidindən sonra 7 dəfə podiuma yüksələn sürücü bir çoxları tərəfindən gələcəyin çempionu hesab edilir.

Maksın titul və ya titullar qazanmaq potensialı o qədər yüksək görünür ki, artıq Britaniyanın bəzi bukmeyker idarələri onun gələcək uğurlarına pul qoyuluşu qəbul edirlər.

Uğur Əmsal
2017-ci ildə çempion olmaq 6.00
Karyerası boyu 3 və ya daha artıq titul qazanmaq 1.80
Karyerası boyu 4 və ya daha artıq titul qazanmaq 2.00
Karyerası boyu 5 və ya daha artıq titul qazanmaq 3.50
Karyerası boyu 6 və ya daha artıq titul qazanmaq 7.00
Karyerası boyu 7 və ya daha artıq titul qazanmaq 11.00
Karyerası boyu 8 və ya daha artıq titul qazanmaq 17.00
Ən gənc dünya çempionu olmaq 1.67
Karyerası boyu Mixael Şumaxerdən (91) daha çox qələbə qazanmaq 17.00
Karyerası boyu 100-dən çox qələbə qazanmaq 34.00
, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*