Adətən, bukmeykerlər sürücülərin hər hansı bir yarışda çıxışına dərhal reaksiya verirlər, amma arxada qalmış dörd Qran Pridən sonra vəziyyət asan deyil – çempionata iki qələbə qazanmış Censon Batton başçılıq edir, məşhur William Hill idarəsinin bukmeykerləri isə hazırkı çempionu İspaniya Qran Prisinin yeni dərc etdikləri reytinq cədvəlində yalnız beşinci yerdə görüblər.
Cədvəllərə isə Sebastyan Fettel başçılıq edir, gənc alman sürücü Lyuis Həmilton və Fernando Alonsonu qabaqlayır…
Yarışda qələbə (sürücülər):
1. S.Fettel – 3.00
2. L.Həmilton – 4.33
3. F.Alonso – 5.00
4. M.Uebber – 8.00
5. C.Batton – 8.50
6. M.Şumaher, N.Rosberq, F.Massa – 15.00
7. R.Kubitsa – 41.00
8. A.Sutil – 67.00
9. R.Barrikello – 101.00
10. V.Petrov – 151.00