Artıq yeni ilin birinci ayı da qurtarmaq üzrədir, ona görə də Britaniyanın nüfuzlu Williams Hill idarəsinin bukmeykerləri keçən ilin sonunda yeni mövsüm üçün verdikləri proqnozlara cüzi düzəlişlər ediblər. Reqlament demək olar ki, dəyişməyib, keçən ilin sonudna sürətli olan maşınlar çox güman ki, 2013-cü ildə də sürətli olacaqlar – bukmeykerlər məhz keçən ilin favoritlərini ilk sətirlərə yerləşdiriblər.
Sonuncu reytinqlə müqayisədə bukmeykerlərin Sebastyan Fettelin növbəti qələbəsinə inamları artıb, Lyuis Həmilton isə beşinci sətrə təkbaşına yiyiələnib – bir ay əvvəl bu sətri Mark Uebber və Serxio Pereslə bölüşürdü. Mühəndislər Kubokunda da Red Bull komandasının növbəti çempionluğu heç kimdə şübhə doğurmur…
2013-cü ildə çempion (sürücülər):
1. S.Fettel – 2.20
2. F.Alonso – 3.75
3. C.Batton – 8.00
4. K.Rəykkönen – 13.00
5. L.Həmilton – 15.00
6. M.Uebber, S.Peres – 17.00
7. F.Massa – 41.00
8. R.Qrojan, N.Rosberq – 51.00
2013-cü ildə çempion (komandalar):
1. Red Bull – 1.91
2. McLaren – 3.75
3. Ferrari – 4.50
4. Lotus – 10.00
5. Mercedes AMG – 17.00
6. Sauber – 51.00
7. Williams – 101.00
8. Force İndia – 251.00