Bukmeykerlər bu dəfə Bottası Mercedes AMG-nin bir nömrəli namizədi hesab edirlər

Niko Rosberqin gözlənilməz qərarı komandanı çətin vəziyyətdə qoyub. Vaxt azdır və Mercedes AMG Lyuis Həmiltona komanda yoldaşı tapmalıdır.

F-1.az xəbər vermişdi ki, Britaniyanın William Hill idarəsinin bukmeykerləri məsələ ilə bağlı pul qoyuluşları elan ediblər. Onlar bir həftə əvvəl Paskal Verlyaynın şanslarını daha çox qiymətləndirirdilər, lakin mətbuatda yayılan son xəbərlərə əsasən, əmsallarda bəzi dəyişikliklər ediblər – onlar Bottasın Mercedes AMG-yə keçəcəyinə daha çox inanırlar…

Sürücü Əmsal
Valtteri Bottas 1.67
Paskal Verlyayn 1.91
Censon Batton 13.00
Sebastyan Fettel, Fernando Alonso, Esteban Okon 17.00
Karlos Sayns, Serxio Peres 21.00
Maks Ferstappen, Niko Hülkenberq, Roman Qrojan 26.00
Daniel Rikkardo 29.00
Kevin Maqnussen 81.00
Daniil Kvyat, Esteban Qutyerres, Felipe Massa, Kimi Rəykkönen, Felipe Nasr, Markus Eriksson 101.00
, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*