F-1.az William Hill idarəsinin rəsmi saytına istinadən bildirir ki, bukmeykerlər keçən ayla müqayisədə McLaren Honda komandasının sürücülərinin şanslarını artırıblar.
Titul uğrunda mübarizədə bukmeykerlər hələ Lyuis Həmiltonu favorit hesab edirlər – hazırkı dünya çempionu komanda yoldaşı Niko Rosberqi iki dəfədən çox qabaqlayır. Dördqat dünya çempionu Sebastyan Fettel isə üçüncü sətri tutur.
İlk üçlük təəccüb doğurmasa da, bukmeykerlər gözlənilməz gediş ediblər – onların fikrincə, bu il Fernando Alonsonun McLaren Honda maşınında çempion olmaq şansı Kimi Rəykkönenin Ferrari ilə çempion olmaq şansından daha çoxdur. Alonsonun komanda yoldaşı Censon Battonun da şansları iki dəfə artıb və o, Rikkardo ilə Bottası üstələyərək 6-cı yerə yüksəlib.
Maraqlıdır, bəlkə bukmeykerlər nəsə bilirlər? 🙂
Bukmeykerlərin reytinqi: 2016-cı ildə sürücülər arasında dünya çempionu titulu | |
Lyuis Həmilton | 1.61 |
Niko Rosberq | 3.75 |
Sebastyan Fettel | 5.00 |
Fernando Alonso | 26.00 |
Kimi Rəykkönen | 41.00 |
Censon Batton | 51.00 |
Valtteri Bottas, Daniel Rikkardo | 67.00 |
Felipe Massa | 101.00 |
Daniil Kvyat | 151.00 |
Serxio Peres, Niko Hülkenberq, Maks Ferstappen | 501.00 |
Roman Qrojan, Pastor Maldonado, Karlos Sayns | 751.00 |
Esteban Qutyerres, Felipe Nasr, Colion Palmer, Markus Erikson | 1001.00 |