Builki təqvimin daha bir versiyası dərc olunub

Avropa mətbuatı FİA-nın 2020-ci il mövsümü üçün hazırladığı yeni təqvimin ilkin versiyasını əldə edib. Təqvimdə maraqlı məqamlar yer alıb.

F-1.az xatırladır ki, koronavirus pandemiyası üzündən bütün idman tədbirləri kimi Formula1 çempionatının da startı təxirə salınıb. Mövsümün təqvimində yer alan 10 yarışdan üçü (Avstraliya, Monako, Fransa) ləğv olunub, yerdə qalan 7 yarış isə, o cümlədən Azərbaycan Qran Prisi təxirə salınıb.

Avropa mətbuatında dərc olunan yeni təqvimdə ölkəmizə sentyabrın 20-də yer ayrılıb.

Təqvimdə çoxdan gəzən şayiələr əksini tapıb – mövsüm Avstriyada iki yarışla başlayacaq və bu yarışlar iyulun 5-də və 12-də Şpilberqdə Red Bul Rinqdə təşkil olunacaq.

Amma nöbvəti yarış barədə şayiələrin təsdiq olunmasını söyləmək olmaz. Deyilənlərə görə, FOM və FİA-nın Silvsertounla danışıqları uğursuz alınıb və böyük ehtimalla növbəti iki yarış Almaniyanın Hokkenhaymrinq trasında gerçəkləşə bilər. Tras rəhbərliyi azarkeşlərsiz yarış keçirməyə razıdır, həm də Avstriyadan Almaniyaya logistika xərcləri də qat-qat ucuz başa gələcək.

Təqvimdə növbəti yerlər Macarıstan və İspaniyaya verilib – bu ölkələrdə də yarışların keçirilməsi ilə bağlı heç bir problem gözlənilmir. Amma növbəti Belçika Qran Prisi avqustun 30-na planlaşdırılıb. Deyilənlərə görə, FİA və FÖM ölkə rəhbərliyindən sentyabrın 1-də başa çatacaq məhdudiyyətlər şəraitində xüsusi icazə almaq üçün danışıqlar aparır. Əgər icazə alınmasa, onda yarış sentyabrın 13-də, İtaliya Qran Prisindən sonra keçiriləcək. Bununla da mövsümün Avropa hissəsinə yekun vurulacaq.

Təqvimdə növbəti iki sətri Bakı və Soçi tutur, bir həftə fasilə ilə keçiriləcək bu iki yarışın ardıcıllığı dəyişdirilə də bilər.

Bu arada qeyd edək ki, F1-in əsas dəstək yarışları olan Formula2 və Formula3 çempionatları da eyni ardıcıllıqla bütün yuxarıdakı traslarda keçiriləcək. Xatırladaq ki, Bakıya hər il olduğu kimi yalnız F2-nin iştirakçıları gələcəklər. Bundan sonra dəstək yarışlarında mövsümün sonuna qədər fasilə veriləcək.

Səbəb isə Uzaq Şərq və Amerika yarışlarıdır. Oktyabrın ilk iki həftəsində Çin və Yaponiya çempionata evsahibliyi edəcəklər. ABŞ, Braziliya və Meksikadan sonra çempionat yenidən Asiyaya qayıdacaq. Çempionat Hanoyda debüt etdikdən sonra Bəhreyn və Əbu Dabidə son yarışları keçirməyə yollanacaq. Hələlik təqvimdə Saxir trasında iki yarış keçirmək planlaşdırılıb – əgər yuxarıdakı yarışların hamısı baş tutsa, onda Bəhreyndə bir yarış keçiriləcək. Elə F2 və F3 çempionatlarına da Bəhreyn və Əbu Dabi yarışları ilə yekun vurulacaq.

Rəsmən yeni təqvimin bu günlərdə elan olunması gözlənilir.

Sıra Tarix Ölkə
1 3-5 iyul Avstriya
2 10-12 iyul Avstriya
3 24-26 iyul Böyük Britaniya / Almaniya
4 31 iyul – 2 avqust Böyük Britaniya / Almaniya
5 7-9 avqust Macarıstan
6 21-23 avqust İspaniya
7* 28-30 avqust* Belçika*
7/8 4-6 sentyabr İtaliya
8* 11-13 sentyabr* Belçika*
9 18-20 sentyabr Azərbaycan
10 25-27 sentyabr Rusiya
11 2-4 oktyabr Çin
12 9-11 oktyabr Yaponiya
13 23-25 oktyabr ABŞ
14 30 oktyabr – 1 noyabr Meksika
15 6-8 noyabr Braziliya
16 20-22 noyabr Vyetnam
17* 27-29 noyabr* Bəhreyn*
17/18 4-6 dekabr Bəhreyn
18/19 11-13 dekabr Əbu Dabi
,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*