F-1.az seriyanın rəsmi saytına istinadən bildirir ki, mövsümdəki on bir yarışdan üçü səfər yarışı olacaq (Azərbaycan, Malayziya və Əbu Dabi), digər 8 yarış isə Avropada olaacq. Bütün yarışlar Formula1 həftəsonu çərçivəsində keçiriləcək.
Bruno Mişel, seriyanın promouteri: “Bu il yenə də bizim təqvim Avropa və səfər yarışlarından təşkil olunub – ilk dəfə Bakıya gedəcəyik və yenidən Sepanqa qayıdırıq. Təqvimi tərtib edərkən biz məsrəfləri də nəzərə almışıq ki, komandaların iqtisadi durumuna ciddi zərər dəyməsin. Mən hesab edirəm ki, biz ideal balans əldə etmişik, bizim sürücülər isə Formula1 trasları ilə tanışlıqlarını davam etdirə biləcəklər”.
Seriyanın mövsümöncsi testləri gələn həftə Barselonada və martın sonunda Xeresdə baş tutacaq…
Tarix | Şəhər, ölkə |
13-15 may | Barselona, İspaniya |
26-28 may | Monte Karlo, Monako |
17-19 iyun | Bakı, Azərbaycan |
01-03 iyul | Şpilberq, Avstriya |
08-10 iyul | Silverstoun, Böyük Britaniya |
22-24 iyul | Budapeşt, Macarıstan |
29-31 iyul | Hokkenhaym, Almaniya |
26-28 avqust | Spa, Belçika |
02-04 sentyabr | Montsa, İtaliya |
31-02 oktyabr | Sepanq, Malayziya |
25-27 noyabr | Yas Marin, Əbu Dabi |