Ümumdünya Şurasının qəbul etdiyi qərarın tam mətni hələ dərc olunmayıb, amma Maks Mosli jurnalistlərə bildirib ki, Şura 2010-cu ildən büdcənin məhdudlaşdırılması səviyyəsini bir qədər artırmağa razılıq verib. Əvvəl söhbət ildə 30 milyon funtdan gedirdi, sürücülərin maaşı və marketinq xərcləri bura daxil deyildi, indi məbləğ artırılıb və dərhal dörd komanda – USF1, Prodrive, Lola və iSport komandaları çempionatda iştirak etmək arzusunda olduqlarını bildiriblər və yeni qaydaların dərcini gözləyirlər…
Maks Mosli: “Hər şey planlaşdırdığımız kimi keçdi – məhdudlaşdırma səviyyəsi bir qədər artırıldı, amma qərar qəti qəbul olunub. Hazırkı iqtisadi şəraitdə bu məhdudiyyətlər zəruridir.”