F-1.az xatırladır ki, keçən il FİA-nın Avtoİdman üzrə Ümumdünya Şurası texniki reqlamentdə dəyişiklik etməyi qərara almışdı – qərara görə, işlənmiş qazlar turbinin çıxışında əlavə klapandan keçməklə əlavə borulardan keçəcək…
Pət Simonds: “Əvvəllər klapanların boruları bilavasitə turbinin əsas qazburaxma borusuna birləşirdilər, bu il isə klapanlara əlavə borular birləşdiriləcək.
Müasir turbomotorda klapan tez-tez açılmır. Turboqovucuya motor-generator qoşulur, işlənmiş qazlarn enerjisi bu yolla toplanır, bununla kompressorun zəruri iş sürəti təmin olunur.
Biz çalışırıq ki, bu klapan az açılsın. Yarış zamanı demək olar ki, açılmır, sıralanma turunda isə bir neçə dəfə açılır. Kimsə düşünə bilər ki, əgər klapan açılmırsa, onda səs də artmayacaq, amma bu belə deyil. Əgər klapanın borusu əsas qazburaxma borusuna bilavasitə birləşirsə, faktiki olaraq səsboğucu rolunu oynayır. Əgər bu hissəni ləğv etsək, onda səs artacaq. Klapan bağlı olanda səsin 14-15%, açıq olduqda isə 20-25% artmasını gözləyirəm. Bu isə əvvəlki səslə hissolunacaq dərəcədə fərqlidir…”