Bu il Kiminin ili olacaq?

Sabiq Formula1 sürücüsü Jak Vilnöv bildirib ki, 2018-ci il Rəykkönenin ili ola bilər.

F-1.az xatırladır ki, finlandiyalı sürücü Avstraliya Qran Prisində həm sərbəst yürüşlərdə, həm də sıralanma turunda komanda yoldaşı Fetteli qabaqlasa da, yarışı almaniyalı sürücünün arxasında bitirib.

Jak Vilnöv: “Mükəmməl şəxsiyyəti var. Heç kimlə maraqlanmır və öz həyatını yaşayır. Hər il güclənir. Cümə günündən bəri sürətli idi. Sebastyandan daha yaxşı idi. Bu da o deməkdir ki, bolid onun üçün daha yaxşı işləyir. Bu il onun ili ola bilər. Mövsümün ilk yarışlarında qələbə qazanmalıdır. Əks halda komanda Sebastyana işləyəcək”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*