Bu il İmola və ya Mucelloda yarış keçirilə bilər

Bu traslardan birinin bu il İtaliyada baş tuta biləcək ikinci yarışa ev sahibliyi etmək ehtimalı var.

F-1.az xatırladır ki, hələ fevralda Çin Qran Prisinin təxirə salındığı açıqlananda sözügedən trasların rəhbərləri yarış qəbul etmək təkliflərini irəli sürmüşdülər. Lakin hadisələrin sonrakı inkişafı göstərdi ki, bu, mümkün deyil. İndiki halda isə bu traslardan birində il ərzində yarış keçirilə bilər. İtaliya avtoklubunun (ACİ) prezidenti Anjelo Stikki Damyani bildirib ki, İtaliya da Avstriya kimi 2 yarış qəbul etmək iqtidarındadır.

Anjelo Stikki Damyani: “Vəziyyəti hər gün qiymətləndiririk. 2020-ci ildə azarkeşlərlə yarışın keçiriləcəyini təsəvvür etmək çətindir, amma çempionatın ləğv edilməsi kiçik komandalara zərər verə bilər. Bir ölkədə 2 yarışın təşkil edilməsi yaxşı seçimdir. Hər ikisi Montsada baş tuta bilər, lakin İmola və Mucello trasları da ikinci qran pri üçün iddialıdırlar. Onların zəngin tarixi var və təqvimi bəzəyəcəklər”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*