ÖAMTC-nin yubileyinə həsr olunmuş tədbirlər, FİA-nın Baş Assambleyası və qala mərasim noyabrın 28-dən dekabrın 2-dək Vyananın mərkəzindəki Vienna Orient otelində keçiriləcək.
F-1.az xəbər verir ki, Avstriyanın paytaxtına FİA-nın illik assambleyasının 1000-dən çox nümayəndəsi, eləcə də avtoidmanın müxtəlif siniflərdə keçirilən dünya çempionatlarının qalib və mükafatçıları gələcəklər.
Fəxri mükafatları federasiyanın prezidenti Jan Todtla birlikdə ÖAMTC-nin prezidenti Verner Kraus təqdim edəcək. Maraqlıdır ki, əgər Formula1 çempionatında Mercedes AMG komandası növbəti qələbəsini qazanarsa, mükafatı komandanın rəhbərlərindən biri – Niki Lauda və ya Toto Volff almalıdır, onların hər ikisi isə Vyanada anadan olub. WEC çempionatında Audi komandası qələbə qazanarsa, onda komandanı Avstriyanın paytaxtında dünyaya gəlmiş Volfqanq Ulrix təmsil edəcək.
Nəzərə alsaq ki, Mercedes AMG və Audi komandaları Formula1 və WEC çempionatlarında bu il yenə də güclü ola bilərlər, onda FİA-nın builki qala mərasimi xüsusi milli bayrama çevrilə bilər…