Bu gün Dakar-2012 start alacaq (video)

Bu gün Argentinanın Mar del Plata kurort şəhərciyində planetin ən məşhur ralli-reyd yarışı – əfsanəvi “Dakar” start alacaq. Dördüncü dəfə […]

Bu gün Argentinanın Mar del Plata kurort şəhərciyində planetin ən məşhur ralli-reyd yarışı – əfsanəvi “Dakar” start alacaq. Dördüncü dəfə ardıcıl olaraq yarış Cənubi Amerikada keçiriləcək və birinci dəfə yarışın marşrutu dairəvi olmayacaq.

İki həftə rəzində marafonun iştirakçıları Argentina, Çili və Perunun ərazisində 8300 km məsafə qət edəcəklər – yarışın finişi Sakit Okeanın sahillərində yanvarın 15-də nəzərdə tutulub.

Son üç ildə yarış yalnız iki ölkəni əhatə edirdi, bu dəfə Peru da yarışa qatılıb. Starta ümumilikdə 472 idmançı çıxacaq – onlardan ən gəncinin 20, ən qocasının isə 80 yaşı var.

İdmançılar arasında Formula1-in üç keçmiş sürücüsü də var. 1997-ci ildə Sauberin sürücüsü olmuş argentinalı Norberto Fontana VW Amarok-un, 80-ci illərin sonunda Formula1-in sürücüsü olmuş italiyalı Aleks Kaffi bu dəfə Pandakar-ın, 1979-1992-ci illərdə Qran Prilərdə iştirak etmiş hollandiyalı Yan Lammers ağır Ginaf yük maşınının sükanı arxasında yarışacaqlar…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*