Bu gün Dakar-2011 start alacaq

Bu gün Buenos Ayresdə dünyanın ən məşhur ralli-reydinin – əfsanəvi Dakarın simvolik startının təntənəli mərasimi keçiriləcək. Yarış üçüncü dəfə ardıcıl […]

Bu gün Buenos Ayresdə dünyanın ən məşhur ralli-reydinin – əfsanəvi Dakarın simvolik startının təntənəli mərasimi keçiriləcək. Yarış üçüncü dəfə ardıcıl olaraq Cənubi Amerikada – Argentina və Çilinin ərazisində baş tutacaq, 15 gün ərzində marafon iştirakçıları 9500 km məsafə qət edəcəklər.

Təşkilatçılar vəd ediblər ki, builki marşrut əvvəlkilərdən çətin olacaq – Argentinanln paytaxtında start aldıqdan sonra iştirakçıaalrın karvanı ölkənin şimalına yollanacaq, sonra Çilinin çöllərində ilmə vuracaq, yanvarın 8-də ənənəvi istirahət günündən sonra geriyə Buenos Ayresə qayıdacaq, yanvarın 16-da yarış başa çatacaq. Sürücüləri ən çətin sınaq Atakama səhrasını və And Korelyerlərini keçərkən gözləyəcək.

dakar2
Ofroadların yarışında əsas favorit Volkswagen zavod komandası sayılır – son iki Dakar komandanın qələbəsi ilə başa çatıb. VW Race Touareg 3 maşınlarını starta keçənilki triumfator ispaniyalı Karlos Sayns, qətərli Naser əl-Attiyyə, cənubi amerikalı Jinel de Villyers və amerikalı Mark Miller çıxaracaqlar. Volkswagen-in əsas rəqibi isə BMW-nin dəstəklədiyi Avstriyanın X-Raid komandasıdır, BMW X3 CC-ni starta Dakarın altıqat qalibi fransalı Stefan Petransel və rusiyalı Leonid Novitiskiy çıxaracaq, amma komandanın digər sürücüsü Gerlen Şişeri yeni Mini All4 Racing modelinin sükanı arxasında yarışacaq.

dakar3
Yük maşınlarının yarışında KamAZ zavod komandsının rəqibi olmayacq, daha doğrusu şəxsi komandalar onlara rəqabət göstərə bilməyəcəklər. Rusiya komandası bu dəfə Dakara altı ekipajla qatılıb – Vladimir Çaqin, Firdaus Kabirov, İlgizar Mardeyev, Eduard Nikolayev və Sergey Reşetnikov Rusiyanı, Artur Ardaviçus isə Qazaxıstanı təmsil edəcəklər.

Motosikllərin mübarizəsi isə həmişə olduğu kimi KTM komandasının sürücüləri arasında gözlənilir: fransalı Siril Depre, ispaniyalı Mark Koma və norveçli Pol Anders Ullevalseter qələbəyə iddialıdırlar. Yamaha komandası da güclü sürücülərlə mübarizəyə girişə bilər: potuqaliyalı Elder Rodriqes, amerikalı Yonah Strir və ispaniyalı Xordi Viladoms.

Dakar-2011-in iştirakçıları arasında Formula1-in üç keçmiş sürücüsü də olacaq: argentinalı Norberto Fontana (1997-ci ildə Sauber komandasında 4 Qran Pri) biryerli McRae Enduro baqqidə, çılıili Elisio Salazar (1981-1983-cü illərdə müxtəlif komandalarda 37 Qran Pri) Hummer H2 prototipində, hollandiyalı Yan Lammers (1979-1982-ci illərdə müxtəlif komandalarda 41 Qran Pri) Ginaf yük maşınında yarışacaqlar.

33-cü Dakarın start siyahısında 455 iştirakçının adı var: 39 kvadrosikl, 186 motosikl, 157 ofroad və 73 yük maşını…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*