F-1.az bildirir ki, yarışın startı və ilk dövrələri insidentsiz ötüşüb – Bottas komanda yoldaşın Həmiltondan, o da öz növbəsində Fetteldən uzaqlaşmağı bacarıb. Soft təkərlərin yaxşı işləmədiyi elə ilk dövrərələrdən məlum olub. Yarışa sarı təkərlə başlayan sürücülər daha yaxşı nəticələr əldə etməyə başlayıb. Bu da komandaların Medium təkərlərə keçməsini tezləşdirib.
Ferrari Lekleri uzun müddət trasda saxlayıb. Lakin bu italyanlara heç nə qazandırmayıb. Bottas son dövrələrdə Həmiltonun hücumlarına baxmayaraq, inamla mövqeyini qoruyub və cari mövsümdə ikinci, karyerasında beşinci qələbəsini əldə edib. Həmilton yarışı ikinci yerdə başa vurub və Mercedes mövsümün 4-cü yarışından da dubl ilə ayrılıb. Fettel isə podiumun son pilləsinə yüksəlib.
Yarış barədə geniş məlumat bir qədər sonra saytımızda olacaq…