BŞH-də rəhbər dəyişikliyi olub

Azərbaycan Qran Prisinin təşkilatçısı Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin rəhbəri postunda bundan sonra Maqsud Fərzullayevi görəcəyik.

F-1.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb. BŞH yaranan gündən ona rəhbərlik edən Arif Rəhimov bundan sonra fəailiyyətini özəl sektorda davam etdirəcək.

Arif Rəhimov: “Maqsud Fərzullayev artıq uzun illərdir ki, ölkəmizin idman sahəsinin inkişafında kifayət qədər təcrübə qazanıb. Əminliklə qeyd edə bilərəm ki, o, yeni vəzifəsini layiqincə yerinə yetirəcək və mən də hər zaman ona bu sahədə dəstəyimi göstərməyə hazıram.”

Ölkəmizdə baş tutan bir sıra mötəbər idman tədbirlərinin təşkilində zəngin təcrübəyə malik olan Maqsud Fərzullayev Milli Gimnastika Arenasında icraçı direktor vəzifəsində çalışıb, 2015-ci ildə keçirilmiş Avropa oyunları və 2017-ci ildə keçirilmiş İslam Həmrəyliyi Oyunlarının, eləcə də, bu il Azərbaycan Qran Prisinin təşkilat komitəsində fəal iştirak etməklə bu kimi irimiqyaslı idman tədbirlərinə öz töhfəsini verib. O, həmçinin, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin müxtəlif dövlət əhəmiyyətli layihələrində yaxından iştirak etib.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*