B.Senna Formula1-in paddokuna qayıdır

Keçmiş Formula1 sürücüsü Bruno Senna dünya çempionatının paddokuna qayıdır – bu dəfə Britaniyanın Sky Sports telekanalının şərhçisi kimi. Bruno telekanalın […]

Keçmiş Formula1 sürücüsü Bruno Senna dünya çempionatının paddokuna qayıdır – bu dəfə Britaniyanın Sky Sports telekanalının şərhçisi kimi.

Bruno telekanalın komandasına qoşulaşacaq və Deyvid Kroftla birlikdə dünya çempionatının yeddi mərhələsinin sərbəst yürüşlərindən reportajlar hazırlayacaq: Malayziya, Çin, Macarıstan, Sinqapur, Rusiya, ABŞ və Braziliya. Eyni zamanda, Senna yarış həftəsonunun müzakirə və təhlilində iştirak edəcək, sürücülərdən və komandaların nümayəndələrindən müsahibələr götürəcək.

Bruno Senna: “Ümid edirəm ki, sürücülük peşəsinin bəzi sirlərini aça biləcəm, eləcə də Formula1 sürücülərinin ustalığının yüksək səviyyəsini izah etməyə çalışacam. Qarşıdakı mövsümdə görəcəyimiz qayda və reqlament dəyişiklikləri, komandaların heyətlərindəki dəyişikliklər, yeni traslar bizə maarqlı mövsüm vəd edir. Ona görə də səbirsizliklə işə başlamağı gözləyirəm”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*