B.Senna: “Bəhreyn test proqramının başlanğıcı olacaq”

Gələn cümə günü Bruno Senna Formula1-də debüt edəcək. Vəziyyət çətindir – Sennanın müqavilə bağladığı Campos komandası testlərdə iştirak etməyib, çempionatın […]

Gələn cümə günü Bruno Senna Formula1-də debüt edəcək. Vəziyyət çətindir – Sennanın müqavilə bağladığı Campos komandası testlərdə iştirak etməyib, çempionatın startına çıxmaq üçün komanda yenidən qurulub, hətta adını dəyişib, ona görə də maşını mövsümün gedişində öyrənmək lazım gələcək…

Bruno Senna: “Deməliyəm ki, qış çətin alındı, amma mən şadam ki, yekunda hər şey alındı və indi bizim HRT adlanacaq komandamız Bəhreyndə starta çıxacaq. Bazar ertəsi mən Bəhreynə uçacam, GP2 seriyasından mənə tanış olan bu trasın yeni konfiqurasiyasını öyrənəcəm və komanda ilə işə başlayacam.

Sözsüz ki, testlərdə iştirak etmədən starta çıxmaq asan deyil. Biz çox tələsirdik, ona görə də maşın tam hazır deyil – ilk yarışda asılqanın bəzi elementləri karbondan deyil, metaldan olacaq, ona görə də maşın 20 kq ağır olacaq. Amma buna baxmayaraq, GP2-də də bir yerdə olduğum Karun Çandhokla birlikdə biz addım-addım irəliləməliyik.

Kolin Kollesin qısa vaxt ərzində nail olduğu təqdirəlayiqdir. O çox çətin vəziyyətə düşmüşdü, amma onun səyi nəticəsində biz mövsümə elə ilk yarışdan başlaya biləcəyik – bu artıq fantastikadır. Qrafik çox gərgindir – dünən maşının kabellərini çəkmişik, bu gün motoru işə salmalıyıq, sabah isə avadanlıqlar trassaya göndəriləcək.

Mövsümün ilk yarışında bizi çətin iş gözləyir, amma mən inanıram ki, biz tezliklə məqsədimizə çatacayıq, yeni komandalar işərisində ən yaxşı olacayıq, bəlkə, elə ilk yarışdaca xal qazana bildik. Əlbəttə, əvvəlcə, cümə sərbəst yürüşlərini gözləmək və trasa çıxmaq lazımdır, Bəhreyn bizim test proqramımızın başlanğıcı olacaq. Mən bilirəm ki, komanda güclü mütəxəssisləri dəvət edib – Ceff Uillis, Jaki Ekelyart, aerodinamik borudakı məlumatlara və Dallara-nın bazasındakı simulyasiyalara görə, vəziyyət heç də pis deyil.

Barselona testlərində Lotus və Virgin GP2 maşınalrından cəmi 1 saniyə GP2 maşınalrından sürətli olublar – Dallara-da bu maşınalrın bütün məlumatları var. Onların hesablamalarına əsasən biz GP2 maşınlarından ən azı 2 saniyə sürətliyik, hərçənd, çox şey balansdan asılı olacaq. Amma buna baxmayaraq, birincisi, Dallara-nın əməkdaşlarının təcrübəsinə ümid edirəm, ikincisi, bəxtimizə və digər komandaların müəyyən problemlərinə.

Komandaya kömək etmək üçün əlimdən gələni edəcəm, istənilən sahədə, o cümlədən maliyyə məsələlərində.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*