Brüno Famen: Biz olduqca böyük riskə getdik

Keçən mövsümdə güc qurğularının etibarlılıq statistikası 2021-ci illə müqayisədə daha pis olub və bunun konkret izahı var.

F-1.az xəbər verir ki, motor ustaları güc qurğularının modernləşdirilməsinə moratoriumun tətbiqinə hazırlaşırdılar, buna görə sözün əsl mənasında son ana qədər modernləşdirmə ilə məşğul oldular, maksimum səmərəliliyə nail olmağa çalışdılar və bəzi mühərrik istehsalçıları müəyyən kompromislərə getməli oldular.

“Biz olduqca böyük riskə getdik, – deyə Alpine komandası üçün güc aqreqatları hazırlayan Renault-nun mühərrik bölməsinin rəhbəri Brüno Famen etiraf edib. – Etibarlılığını qiymətləndirmək əvəzinə biz uzun müddət yeni mühərrikin modernizəsi ilə məşğul olduq.

Biz son ana qədər intensiv modernləşdirmə aparmaq istəyirdik. Ola bilsin ki, biz onun üzərində daha çox işlətdik, çünki sonradan bir sıra problemlər üzə çıxdı. Amma mən liderlər qrupuna qayıtmaq istəyirdim, ona görə də ilk növbədə lazımi gücə nail olmalıydıq, çünki etibarlılıq problemləri sonradan həll oluna bilər”.

Renault-nun mexanikləri həqiqətən də rəqiblərindən daha çox risk etməli olublar, çünki əvvəlki illərdə fransız mühərrikləri səmərəliliyinə görə Mercedes, Honda və Ferrari-dən çox geri qalıblar. Amma indi mövcud olan etibarlılıq problemləri ilə mövsümlərarası fasilədə məşğul olmaq lazımdır, çünki yeni mövsümün startından sonra bütün resurslar 2026-cı ilə planlaşdırılan yeni nəsil güc qurğusunun hazırlanmasına yönəldiləcək.

Hər iki Alpine maşınında bu il mühərriklər altı dəfə dəyişdirilib və çox vaxt buna səbəb qızmaya gətirib çıxaran soyutma sistemi nasosunun nasazlığı olub. Eyni zamanda, Renault mühəndisləri üçün digər komandalardakı rəqiblərinə nisbətən iş daha çətin olub, çünki Viridə hazırlanmış güc qurğuları yalnız Alpine maşınlarında istifadə edilir və onların işi haqqında, məsələn, Ferrari və ya Mercedes-dən daha az məlumat toplanlır, çünki rəqiblərin bir neçə müştəri komandası var.

Bununla belə, Ferrari də Haas və Alfa Romeo maşınlarındakı nasazlıqlar da daxil olmaqla, mühərriklərlə bağlı çoxlu problemlər yaşayıb. Çətinliklər o qədər ciddi olub ki, mövsümün sonunda italyan motorçuları mühərriklərin daha az gərginliklə işləməsi üçün gücünü bir qədər azaltmalı olublar.

Bunun izahı təxminən Renault ilə eynidir: Ferrari Mercedes və Honda-ya çatmaq üçün hər cür səy göstərməli və müəyyən risklərə getməli olub.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*