Britaniya Qran Prisi çərçivəsində Silverstouna toplaşmış gənc sürücülərin Formula3 çempionatında sıralanma turu baş tutub.
Carlin komandasının gənc sürücüsü Zək O Sallivan həmyerliləri qarşısında uğurla çıxış edərək karyerasında ilk pouluna sevinib. Williams Akademiyasının dinləyicisi son cəhdində Ferrari Akademiyasından Artur Lekleri cəmi 0.027 saniyə qabaqlaya bilib.
Trident komandasından Zeyn Məloni isə Artura 0.014 saniyə uduzaraq 3-cü olub.
Şənbə günü qısa yarışda ilk 12 sürücü reversiv start aldığı üçün yarışa ilk cərgədən Husicima və mövsümün lideri Marten başlayacaqlar.