Britaniya QP-nin taleyi necə olacaq?

Britaniyalı sürücülər klubunun rəhbəri Derek Uorikin ümidləri Liberty Media-nın Formula1-i almasından sonra artıb.

F-1.az xatırladır ki, Silverstoun trası maliyyə məsələlərinə görə Britaniya QP-ni artıq qəbul etmək istəmirdi və iyul ayında bunun üçün bir iclas keçiriləcəkdi.

Amma keçən həftə Berni Ekklstounu əvəz etmiş Çeys Keri bildirmişdi ki, Britaniya yarışı təqvimdə qalacaq. Liberty Media-nın bu yanaşması Derek Uorikin ümidlərini artırıb: “Bazar ertəsi edilən təyinatdan sonra hər şey dəyişdi. Artıq Liberty və Silverstounla hara getdiyimizi bilirik. 2017-ci ildəki yarışın xeyir gətirəcəyinə ümid edirik. Artıq builki yarışı gözləyirik. Kerinin sözləri bizi bir az rahatlayıb. Biz bilirik ki, bəzi trasların müqaviləsi bizimkinə nisbətən daha əlverişlidir. Bəlkə də gücləri birləşdirərlər və Silverstounu daha karlı etmək üçün digər traslardakı üsulları bizim üçün də istifadə edərlər”.

Uorik sonda bildirib ki, Britaniya QP-ni qəbul edəcək ikinci tras yoxdur…

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*