Britaniya parlamenti FİA prezidentindən narazıdır

FİA prezidenti F1 yarışlarının Körfəz ölkələrində keçirilməsi ilə bağlı narahatlığını ifadə edən məktuba cavab verməməklə britaniyalı deputat Lord Skrivenin qəzəbinə səbəb olub.

F-1.az xatırladır ki, bir il əvvəl Britaniya parlamentinin 90 üzvü FİA prezidentinə insan hüquqlarının pozulmasına inandıqları ölkələrdə yarışın əleyhinə açıq məktub yazmışdılar, lakin Sulayem məktubu cavabsız qoyub və bu, indi növbəti tənqid dalğasına səbəb olub.

FİA prezidentinə yazdığı yeni məktubda Lord Skriven onu həddindən artıq tərbiyəsizlik və qeyri-peşəkarlıqda ittiham edib: “Niyə siz parlamentarilərə məhəl qoymadığınızı düşünürsünüz? Mən hələ də cavab gözləyirəm”

Çox güman ki, bu müraciət də cavabsız qalacaq…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*