Bu gün Londonda təntənəli mərasimdə Toni Fernandes Britaniya İmperiyasının Ordeninə layiq görülüb, mükafatı Kraliça II Yelizaveta şəxsən təqdim edib. Belə yüksək şərəfə Team Lotus komandasının və AirAsia aviaşirkətinin saibi kommersiya və təhsil sahəsində Britaniya və Malayziya arasındakı əlaqələrin möhkəmləndirilməsindəki xidmətlərinə görə layiq görülüb.
Toni Fernandes: “Mən Kraliça əlahəzrətlərinə göstərdiyi şərəfə görə minnətdarlıq edirəm. Bu mükafat bizim ölkələr arasındakı biznes, mədəniyyət və təhsil sahələrində münasibətlərin daha da möhkəmlənməsinə xidmət edəcək.”
Bundan sonra Toni Britaniya İmperiyası Ordeninin Komandoru fəxri adını daşıyacaq, amma Fernandesin başqa mükafatları da var: keçən il Fransa onu Fəxri Legion Ordeni ilə, Forbes jurnalı isə “İlin asiyalı biznesmeni” adı ilə təltif eləmişdi…