Britaniya-2023: Yarış

Buraya bir çok komanda gətirdiyi yeniliklərlə güc balansının dəyişməsinə səbəb olub. Bəziləri üçün onlar işləyib, bəziləri üçün isə yox.

F-1.az xatırladır ki, məşqlərdə cümə günü Maks Ferstappen, dünən isə Şarl Lekler sürətli olub. Niderlandlı sürücü sıralanma turunda növbəti poulunu qazanıb.

McLaren sürücüləri də sıralanma turunda fərqləniblər. Yarışa Ferstappen və Norris ilk, Piastri və Lekler ikinci, Sayns və Rassell isə üçüncü cərgədən başlayıblar.

Pirelli bura üçün C1,C2 və C3 kimi sərt kombinasiya seçib. Sürücülərin çoxu yeni təkərlərdə asfaltla ilişmənin olmamasından şikayətləniblər. Hülkenberq və Bottas sərt, Rassell, Okon, Tsunoda və de Friz yumşaq, qalanları isə orta təkərlərlə yarışa başlayıblar.

Startda Norris Ferstappeni üstələyib. Həmilton və Elbon 2 sıra itirib, Alonso və Qasli isə qazanıb. 2-ci dövrədə ilk onluq: Norris – Ferstappen – Piastri – Lekler – Rassell – Sayns – Alonso – Həmilton – Qasli – Elbon.

Maks liderliyini beşinci dövrədə bərpa edə bilib. Bir dövrə sonra Peres Hülkenberqi geridə qoyub. Həmilton isə Alonsonu 7-ci dövrədə üstələyib. Hülkenberq Pereslə təmasdan sonra pit-stop edib, təkərləri və ön qanadı dəyişməli olub.

Okon 10-cu dövrədə hidravlik sistemdəki sızmaya görə yarışdan çəkilib. Peres Strollu geridə qoyub. Sarcent Tsunodanı keçib, yapon sürücü dərhal təkər dəyişməyə yollanıb. Peres Elbonu da ötüb, Lekler isə pit yoluna üz tutub. 27-ci dövrədən etibarən Sayns, de Friz, Rassell, Peres və Sarcent də yeni təkərlərə keçiblər.

Rassell Saynsı, Piastri isə Qaslini hücum edərək geridə qoyub. Qasli və Stroll 32-ci dövrədə pit-stop ediblər. Maqnussen 33-cü dövrədə güc itirdiyi üçün dayanıb. VTM rejimi elan edilib, Lekler, Elbon, Bottas və de Friz təkər dəyişiblər. Bir qədər sonra isə real TM trasa çıxıb. Bu fürsətdən Festappen, Norris, Həmilton, Alonso və Çjou istifadə ediblər. Təhlükəsizlik Maşınının arxasında ilk onluq: Ferstappen – Norris – Həmilton – Piastri – Rassell – Alonso – Sayns – Peres – Elbon – Lekler.

Çjou yenidən pit-stop etməli olub. Restart 39-cu dövrədə elan olunub. Ferstappen dərhal uzaqlaşıb. Həmilton bir neçə dəfə Norrisə hücum etsə də, onu ötməyə nail ola bilməyib. Strolla tras limitlərini bir neçə dəfə aşdığı üçün ağ-qara bayraq göstərilib. Sayns 44-cü dövrədə eyni anda Peres, Elbon və Leklerdən geri qalıb.

Qasli və Strollun təmasından sonra fransız sürücü trasdan çıxmalı olub və asılqanı zədələnib. Nəticədə komanda onu pitə çağırıb və mübarizəni erkən dayandırıb. Peres 47-ci dövrədə Alonsonu keçib. Strolla 5 saniyəlik cəza verilib, Norrisə də tras hüdudlarını pozduğu üçün xəbərdarlıq edilib. Lekler son dövrədə Elbona hücumlar etsə də, onu ötə bilməyib.

Maks Ferstappen ardıcıl altıncı, mövsümdə səkkizinci, karyerasında isə 43-cü qələbəsini qazanıb. Bu, eyni zamanda Red Bull komandasının ardıcıl 11-ci qələbəsi olub və bu göstərici ilə McLaren-in 1988-ci ildəki rekordunu təkrarlayıblar. Lando Norris ikinci olaraq McLaren-ə mövsümdə ən yaxşı nəticəsini qazandırıb. Komanda yubiley yarışında Oskar Piastrinin də dördüncü olması ilə 30 xal alıb. Lyuis Həmilton isə podiumun son pilləsini tutub.

Mübarizə 2 həftə sonra Macarıstanda davam edəcək.

Yer N Sürücü Komanda Zaman Pit
1 1 Maks Ferstappen Red Bull 1:25:16.938 1
2 4 Lando Norris McLaren +3.798 1
3 44 Lyuis Həmilton Mercedes +6.783 1
4 81 Oskar Piastri McLaren +7.776 1
5 63 Corc Rassell Mercedes +11.206 1
6 11 Serxio Peres Red Bull +12.882 1
7 14 Fernando Alonso Aston Martin +17.193 1
8 23 Aleksander Elbon Williams +17.878 1
9 16 Şarl Lekler Ferrari +18.689 2
10 55 Karlos Sayns Ferrari +19.448 1
11 2 Loqan Sarcent Williams +23.632 1
12 77 Valtteri Bottas Alfa Romeo +25.830 1
13 27 Niko Hülkenberq Haas +26.663 2
14 18 Ləns Stroll* Aston Martin +27.483 1
15 24 Quanyu Çjou Alfa Romeo +29.820 3
16 22 Yuki Tsunoda AlphaTauri +31.225 2
17 21 Nik de Friz AlphaTauri +33.128 2

 

Sürətli dövrə: Maks Ferstappen (Red Bull) – 1:30.275  (42-ci dövrə, 234.922 km/saat)

* – Pyer Qasli ilə isnidentə görə Ləns Strollun nəticəsinə 5 saniyə əlavə olunub.

 

MÜBARİZƏNİ DAYANDIRANLAR:

Sürücü Komanda Dövrə Səbəb
Pyer Qasli Alpine 46 asılqan
Kevin Maqnussen Haas 33 mühərrik
Esteban Okon Alpine 10 hidravlika

 

 

SÜRÜCÜLƏRİN ÇEMPİONATI:

Yer N Sürücü Ölkə Komanda Xal
1 1 Maks Fertappen Oracle Red Bull Racing 255
2 11 Serxio Peres Oracle Red Bull Racing 156
3 14 Fernando Alonso Aston Martin Aramco Cognizant F1 Team 137
4 44 Lyuis Həmilton Mercedes-AMG PETRONAS F1 Team 121
5 55 Karlos Sayns Scuderia Ferrari 83
6 63 Corc Rassell Mercedes-AMG PETRONAS F1 Team 82
7 16 Şarl Lekler Scuderia Ferrari 74
8 18 Ləns Stroll Aston Martin Aramco Cognizant F1 Team 44
9 4 Lando Norris McLaren F1 Team 42
10 31 Esteban Okon BWT Alpine F1 Team 31
11 81 Oskar Piastri McLaren F1 Team 17
12 10 Pyer Qasli BWT Alpine F1 Team 16
13 23 Aleksander Elbon Williams Racing 11
14 27 Niko Hülkenberq MoneyGram Haas F1 Team 9
15 77 Valtteri Bottas Alfa Romeo F1 Team Stake 5
16 24 Quanyu Çjou Alfa Romeo F1 Team Stake 4
17 22 Yuki Tsunoda Scuderia AlphaTauri 2
18 20 Kevin Maqnussen MoneyGram Haas F1 Team 2

 

 

MÜHƏNDİSLƏR KUBOKU:

Yer Komanda Motor Xal
1 Oracle Red Bull Racing Honda RBPT 411
2 Mercedes-AMG PETRONAS F1 Team Mercedes 203
3 Aston Martin Aramco Cognizant F1 Team Mercedes 181
4 Scuderia Ferrari Ferrari 157
5 McLaren F1 Team Mercedes 59
6 BWT Alpine F1 Team Renault 47
7 Williams Racing Mercedes 11
8 MoneyGram Haas F1 Team Ferrari 11
9 Alfa Romeo F1 Team Stake Ferrari 9
10 Scuderia AlphaTauri Honda RBPT 2

 

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*