Britaniya-2023: Üçüncü sərbəst yürüşlər

Yağış proqnozlaşdırılsa da, məşqlər quru havada başlayıb, komandalar quru təkərlərin səmərəliliyi və sazlanmalar üzərində işləyiblər - dünən çoxları asfaltla ilişmə olmamasından şikayətlənirdi.

F-1.az bildirir ki, Norris trasa ilk çıxmaq istəyən sürücülərdən biri olub, lakin maşına bağlanan əlaqələndiricərdən biri çıxarılmadığı üçün boksun önündə dayanmalı olub. Problem aradan qaldırılıb və McLaren-in sürücüsü yoluna davam edib. Stüardlar məsələni araşdıracaqlar.

Buludlar yaxınlaşıb, ildırım çaxıb. Bazar gününə yağış vəd edilmədiyindən, hamı quru trasdan maksimum istifadə etməyə çalışıb. Yalnız Alfa Romeo sürücülərini trasa gec buraxıb.

Lekler trasdan çıxsa da, yoluna davam edib. Çjou 2 dövrə vurduqdan sonra boksa gəlib və daha trasa qayıtmayıb. Gözlənən yağış 25-ci dəqiqədə başlayıb. Leklerdən başqa hamı boksa qayıdıb. Monakolu sürücü də bir qədər sonra pit-leynə yönəlib.

Yağış çox davam etməyib. Tras tam islanmasa da, bəzi sürücülər keçid təkərləri ilə yola çıxıblar. Lakin nəticələri yaxşılaşdırmaq mümkün olmayıb.

Protokollara Şarl Lekler başçılıq edib – 1:27.419. Bizi 17:00-dan etibarən maraqlı sıralanma turu gözləyir…

BİRİNCİ SESSİYANIN NƏTİCƏLƏRİ

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 16 Şarl Lekler Ferrari 1:27.419 24
2 23 Aleksander Elbon Williams 1:27.592 +0.173 14
3 14 Fernando Alonso Aston Martin 1:27.784 +0.365 17
4 10 Pyer Qasli Alpine 1:27.893 +0.474 19
5 44 Lyuis Həmilton Mercedes 1:27.948 +0.529 16
6 55 Karlos Sayns Ferrari 1:27.964 +0.545 21
7 2 Loqan Sarcent Williams 1:28.151 +0.732 16
8 1 Maks Ferstappen Red Bull 1:28.266 +0.847 19
9 63 Corc Rassell Mercedes 1:28.284 +0.865 17
10 22 Yuki Tsunoda AlphaTauri 1:28.337 +0.918 21
11 21 Nik de Friz AlphaTauri 1:28.504 +1.085 20
12 4 Lando Norris McLaren 1:28.563 +1.144 18
13 18 Ləns Stroll Aston Martin 1:28.620 +1.201 15
14 11 Serxio Peres Red Bull 1:28.904 +1.485 19
15 20 Kevin Maqnussen Haas 1:29.207 +1.788 13
16 31 Esteban Okon Alpine 1:29.233 +1.814 22
17 81 Oskar Piastri McLaren 1:29.437 +2.018 20
18 77 Valtteri Bottas Alfa Romeo 1:29.586 +2.167 15
19 27 Niko Hülkenberq Haas 1:33.590 +6.171 13
20 24 Quanyu Çjou Alfa Romeo 1:53.169 +25.750 2
, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*