Britaniya-2023: Sıralanma turu

Silverstoundakı sıralanma turu komandaların Avstriyadan bəri yoxladıqları yeniliklərdən sonra qüvvələr nisbətini görmək üçün yaxşı şans yaradıb.

F-1.az xatırladır ki, dünənki hər iki sərbəst yürüşlərdə Maks Ferstappen hamıdan sürətli olub, bugünkü yeganə və son məşqlərdə isə Şarl Lekler fərqlənib.

İlk sessiyada sürücülər qurumaqda olan trasa çıxıblar – Leker, Sayns, Sarcent, Maqnussen və Hülkenberq keçid təkərlərini seçib, qalanları isə sliklərdən istifadə edib. Trayektoriya tamamilə quruyub və onun xaricində az hissə yaş olub. Həmilton belə yerlərdən birində fırlanaraq çınqıllığa çıxıb və yoluna davam edib.

Hamı quru təkərlərinə keçib, çox mülayim yağış başlayıb, lakin mane olmayıb. Elə bu anda Bottasın motor güc itirdiyi üçün trasda dayanması ilə qırmızı bayraqlar dalğalanıb. Fasilə 10 dəqiqə olub və sürücülər mübarizəyə davam ediblər.

Ferstappen pit çıxışında təmas yaşayaraq ön qanadı zədələyib və mexaniklər onu dəyişməli olublar. Norris 1:28.917 ilə protokollara başçılıq edib. Maqnussen, de Friz, Çjou, Tsunoda və Perez üçün mübarizə başa çatıb.

İkinci Sessiyada hamı Soft təkərlərlə boksları tərk edib. Norris əvvəlcə hamıdan sürətli olsa da, Ferstappen onu keçib – 1:27.720. Nəticə göstərməyən Bottasla yanaşı, Sarcent, Okon, Stroll və Hülkenberqin start düzümündəki yerləri bəlli olub.

Son sessiyada gərgin mübarizə olub. Əvvəlcə Həmilton, daha sonra Norris, ardınca da Ferstappen ilk cəhdlərində növbə ilə liderliyə yüksəliblər. Sonlara yaxın mübarizə daha da qızışıb. Norris ən yaxşı vaxtı təyin edib, Piastri ondan bir qədər geri qalıb. Lakin Ferstappen yenə də həlledici dövrəni vura bilib – 1:26.720.

Beləliklə, Maks Ferstappen ardıcıl beşinci, mövsümdə yeddinci, karyerasında isə 27-ci poulunu əldə edib. Sabah yarışa onun yanından Lando Norris başlayacaq. İkinci cərgə Oskar Piastri və Şarl Leklerin, üçüncü cərgə isə Karlos Sayns və Corc Rassellindir.

Bizi çox maraqlı Britaniya Qran Prisi gözləyir…

SIRALANMA TURUNUN NƏTİCƏLƏRİ

Yer N Sürücü Komanda 1-ci sessiya 2-ci sessiya 3-cü sessiya
Yer Zaman Dövrə Yer Zaman Dövrə Zaman Dövrə
1 1 Maks Ferstappen Red Bull 5 1:29.428 11 1 1:27.702 9 1:26.720 6
2 4 Lando Norris McLaren 1 1:28.917 11 3 1:28.042 9 1:26.961 6
3 81 Oskar Piastri McLaren 14 1:29.874 11 2 1:27.845 9 1:27.092 6
4 16 Şarl Lekler Ferrari 2 1:29.143 11 6 1:28.361 8 1:27.136 6
5 55 Karlos Sayns Ferrari 12 1:29.865 12 5 1:28.265 8 1:27.148 6
6 63 Corc Rassell Mercedes 3 1:29.412 10 10 1:28.782 8 1:27.155 6
7 44 Lyuis Həmilton Mercedes 4 1:29.415 11 8 1:28.545 8 1:27.211 6
8 23 Aleksander Elbon Williams 7 1:29.466 11 4 1:28.067 8 1:27.530 6
9 14 Fernando Alonso Aston Martin 15 1:29.949 10 7 1:28.368 8 1:27.659 6
10 10 Pyer Qasli Alpine 8 1:29.533 11 9 1:28.751 7 1:27.689 6
11 27 Niko Hülkenberq Haas 9 1:29.603 11 11 1:28.896 6
12 18 Ləns Stroll Aston Martin 6 1:29.448 11 12 1:28.935 8
13 31 Esteban Okon Alpine 10 1:29.700 11 13 1:28.956 7
14 2 Loqan Sarcent Williams 13 1:29.873 11 14 1:29.031 8
15 77 Valtteri Bottas Alfa Romeo 11 1:29.798 11 15  – 0
16 11 Serxio Peres Red Bull 16 1:29.968 11
17 22 Yuki Tsunoda AlphaTauri 17 1:30.025 11
18 24 Quanyu Çjou Alfa Romeo 18 1:30.123 11
19 21 Nik de Friz AlphaTauri 19 1:30.513 11
20 20 Kevin Maqnussen Haas 20 1:32.378 7
, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*