F-1.az bildirir ki, gecikmə kiçik olub – beş dəqiqə sonra pit-leynin çıxışında yaşıl işıqlar yanıb.
Lekler mexaniklər maşındakı elektrik problemləri üzərində işlədikləri üçün bütün sessiyanı buraxmalı olub. Həftəsonu italyan komanda və monakolu sürücü üçün yaxşı başlamayıb.
İlk sessiyada sərt və orta təkərlərlə işləyən sürücülər bu dəfə yumşaq təkərlərə üstünlük veriblər, lakin bununla belə, asfaltla ilişmə qənaətbəxş səviyyədə olmayıb. Hamı təkərlərin performansından narazı qalıb. Strollun barmağına çınqıllıqdan uçan daş dəyib, kanadalı sürücü mühəndisinə ağrı hiss etdiyini, lakin trasda qalmaq istədiyini bildirib.
Hazırda dünyada ardıcıl olaraq davam edən bir şey varsa, o da Maks Ferstappenin sessiyalardakı liderliyidir – niderlandlı ikiqat dünya çempionu 1:28.078-lik nəticə ilə yenə hamıdan sürətli olub. Ona ən yaxın nəticəni cüzi fərqlə uduzan Karlos Sayns göstərib.
Williams komandasında işlər deyəsən qaydasında gedir. Aleksander Elbon ilk sessiyada olduğu kimi, bu dəfə də ən yaxşı üçüncü nəticəni göstərən sürücü olub.
Komandalar keçən həftəsonu Şpilberqdə sprint yarışı ilə əlaqədar yeganə sərbəst yürüş sessiyası olduğundan, yenilikləri istədikləri kimi yoxlaya bilməmişdilər. On komandadan səkkizinin bazasının yaxınlığında yerləşdiri Silverstoun trası bu baxımdan çox ideal yerdir.
Hər nə qədər Red Bull-un hegemonluğu davam etsə də, podium və Mühəndislər Kuboku uğrunda üç komandanın iştirakı ilə gərgin mübarizə gedir. Keçən yarışdakı performansa baxsaq, onlara McLaren-in də qoşulma ehtimalı var. Görək, yeniliklər komandaların performanslarına nə dərəcədə təsir edəcək?..
BİRİNCİ SESSİYANIN NƏTİCƏLƏRİ
Yer | N | Sürücü | Komanda | Zaman | Fərq | Dövrə |
1 | 1 | Maks Ferstappen | Red Bull | 1:28.078 | – | 27 |
2 | 55 | Karlos Sayns | Ferrari | 1:28.100 | + 0:00.022 | 29 |
3 | 23 | Aleksander Elbon | Williams | 1:28.296 | + 0:00.218 | 30 |
4 | 11 | Serxio Peres | Red Bull | 1:28.342 | + 0:00.264 | 29 |
5 | 2 | Loqan Sarcent | Williams | 1:28.766 | + 0:00.688 | 29 |
6 | 18 | Ləns Stroll | Aston Martin | 1:28.866 | + 0:00.788 | 30 |
7 | 27 | Niko Hülkenberq | Haas | 1:28.880 | + 0:00.802 | 28 |
8 | 10 | Pyer Qasli | Alpine | 1:28.889 | + 0:00.811 | 27 |
9 | 81 | Oskar Piastri | McLaren | 1:28.926 | + 0:00.848 | 29 |
10 | 14 | Fernando Alonso | Aston Martin | 1:29.134 | + 0:01.056 | 26 |
11 | 24 | Quanyu Çjou | Alfa Romeo | 1:29.225 | + 0:01.147 | 28 |
12 | 63 | Corc Rassell | Mercedes | 1:29.238 | + 0:01.160 | 25 |
13 | 31 | Esteban Okon | Alpine | 1:29.242 | + 0:01.164 | 24 |
14 | 4 | Lando Norris | McLaren | 1:29.260 | + 0:01.182 | 24 |
15 | 44 | Lyuis Həmilton | Mercedes | 1:29.283 | + 0:01.205 | 24 |
16 | 77 | Valtteri Bottas | Alfa Romeo | 1:29.378 | + 0:01.300 | 28 |
17 | 20 | Kevin Maqnussen | Haas | 1:29.439 | + 0:01.361 | 20 |
18 | 22 | Yuki Tsunoda | AlphaTauri | 1:29.483 | + 0:01.405 | 25 |
19 | 21 | Nik de Friz | AlphaTauri | 1:29.571 | + 0:01.493 | 29 |
20 | 16 | Şarl Lekler | Ferrari | – | – | – |