F-1.az bildirir ki, Pirelli bura daha dözümlü olan yeni təkərləri gətirib.
Sessiyanın əvvəlində sürücülər Hard və Medium təkərlərlə trasa çıxıblar, daha sonra isə Soft-lara keçiblər. Komandalar yeni təkərləri artıq Barselonada sınaqdan keçirib, lakin bu gün hamı asfaltla ilişmənin olmamasından şikayətlənib – Hard təkərlər Silverstoun üçün çox sərtdir. Ferstappen mühəndisinə “Sanki buz üzərində maşın sürürəm” deyib.
Yüksək sürətli hissələrdə maşınlar yırğalanıb, komandalar daha yüksək aerodinamik səmərəlilik üçün asılqanların hündürlüyünü mümkün qədər aşağı salmağa çalışıblar, lakin maşınların altlığı yerə toxunub.
De Friz ilk dəqiqələrdə yeddinci döngədə çınqıllığa çıxsa da, geri qayıda bilib. Protokollara artıq ənənəvi hal kimi, Maks Ferstappen başçılıq edib – 1:28.600. Məşqlər axşam davam edəcək.
BİRİNCİ SESSİYANIN NƏTİCƏLƏRİ
Yer | N | Sürücü | Komanda | Zaman | Fərq | Dövrə |
1 | 1 | Maks Ferstappen | Red Bull | 1:28.600 | – | 26 |
2 | 11 | Serxio Peres | Red Bull | 1:29.048 | + 0:00.448 | 22 |
3 | 23 | Aleksander Elbon | Williams | 1:29.089 | + 0:00.489 | 22 |
4 | 14 | Fernando Alonso | Aston Martin | 1:29.268 | + 0:00.668 | 21 |
5 | 16 | Şarl Lekler | Ferrari | 1:29.280 | + 0:00.680 | 25 |
6 | 31 | Esteban Okon | Alpine | 1:29.319 | + 0:00.719 | 23 |
7 | 55 | Karlos Sayns | Ferrari | 1:29.357 | + 0:00.757 | 25 |
8 | 4 | Lando Norris | McLaren | 1:29.441 | + 0:00.841 | 25 |
9 | 18 | Ləns Stroll | Aston Martin | 1:29.471 | + 0:00.871 | 26 |
10 | 81 | Oskar Piastri | McLaren | 1:29.658 | + 0:01.058 | 16 |
11 | 21 | Nik de Friz | AlphaTauri | 1:29.691 | + 0:01.091 | 26 |
12 | 44 | Lyuis Həmilton | Mercedes | 1:29.768 | + 0:01.168 | 23 |
13 | 10 | Pyer Qasli | Alpine | 1:29.828 | + 0:01.228 | 24 |
14 | 63 | Corc Rassell | Mercedes | 1:29.874 | + 0:01.274 | 28 |
15 | 77 | Valtteri Bottas | Alfa Romeo | 1:30.090 | + 0:01.490 | 22 |
16 | 22 | Yuki Tsunoda | AlphaTauri | 1:30.092 | + 0:01.492 | 28 |
17 | 2 | Loqan Sarcent | Williams | 1:30.124 | + 0:01.524 | 24 |
18 | 24 | Quanyu Çjou | Alfa Romeo | 1:30.321 | + 0:01.721 | 20 |
19 | 20 | Kevin Maqnussen | Haas | 1:30.385 | + 0:01.785 | 21 |
20 | 27 | Niko Hülkenberq | Haas | 1:30.591 | + 0:01.991 | 22 |