Britaniya-2022: Sıralanma turu

Çempionatdakı 10 komandadan 9-u Silverstouna ciddi yeniliklər gətirib. Sıralanma turu qüvvələr nisbətindənki dəyişiklikləri görməyə imkan verib.

F-1.az xatırladır ki, dünənki məşqlərdə əvvəlcə Valtteri Bottas, daha sonra isə Karlos Sayns protokollara başçılıq edib. Bu gün baş tutan son məşqdə isə Maks Ferstappen hamıdan sürətli olub.

Pirelli Britaniyaya ən sərt üçlüyü – C1, C2 və C3 tərkiblərini gətirib. Sıralanma turunun startına az qalmış yağış başlayıb və sliklərə ehtiyac yaranmayıb.

İlk Sessiyada sürücülər keçid təkərləri ilə trasa çıxıblar. Alpine sürücüləri bokslardan hamıdan gec ayrılıblar. Bottas yerində fırlansa da, maşına zərər dəyməyib. Yağış dayanıb və nəticələr getdikcə yaxşılaşıb. Ferstappen 1:39.129-luq nəticə ilə protokollara başçılıq edib. Haas və Aston Martin sürücüləri ilə yanaşı, Elbon üçün də mübarizə başa çatıb.

İkinci Sessiyada yenə sürücülər keçid təkərlərdən istifadə ediblər. Hər dövrədən sonra trasın vəziyyəti düzəldiyi üçün nəticələr də yaxşılaşıb, lakin bir qədər sonra yağış güclənib. Ferstappen otluğa çıxıb və pit yoluna üz tutub. Lətifi də trasdan çıxıb. İlk beşlik növbəti cəhdlərini etməyib, digər sürücülər isə mübarizə davam etdiriblər, lakin nəticələri yaxşılaşdırmaq mümkün olmayıb. Ferstappen yenə ən sürətli olub – 1:40.655. Lətifi sürpriz şəkildə son mərhələyə keçib. Okon, Rikkardo, Tsunoda, Bottas və Qasli ilk onluğa düşə bilməyib.

Son sessiyada gözlənildiyi kimi, yaşıl təkər seçilib. Tras sürüşkən olub. Ferstappen ilk cəhdinin son sektorunda yerində fırlanıb. Lətifi də eyni səhvə ilk döngədə yol verib. Maks növbəti cəhdində 1:42.996-lıq nəticə göstərib və liderliyə yüksəlib, lakin Ferrari sürücüləri onu keçib. Son cəhdlərdə isə niderlandlı sürücü monakolu rəqibini üstələsə də, ilk sıraya yüksələ bilməyib.

Beləliklə, Karlos Sayns karyerasında ilk poulunu əldə edib. Sabah onunla ilk cərgəni bölüşəcək pilot Maks Ferstappendir. Şarl Lekler və Serxio Peres ikinci, Lyuis Həmilton və Lando Norris isə üçüncü cərgədən start alacaqlar.

Bizi sabah Bakı vaxtı ilə 18:00-da çox maraqlı mübarizə gözləyir…

Yer N Sürücü Komanda 1-ci sessiya 2-ci sessiya 3-cü sessiya
Yer Zaman Dövrə Yer Zaman Dövrə Zaman Dövrə
1 55 Karlos Sayns Ferrari 4 1:40.190 11 4 1:41.602 6 1:40.983 9
2 1 Maks Ferstappen Red Bull 1 1:39.129 10 1 1:40.655 5 1:41.055 9
3 16 Şarl Lekler Ferrari 2 1:39.846 11 3 1:41.247 6 1:41.298 9
4 11 Serxio Peres Red Bull 6 1:40.521 10 8 1:42.513 8 1:41.616 8
5 44 Lyuis Həmilton Mercedes 5 1:40.428 11 2 1:41.062 4 1:41.995 8
6 4 Lando Norris McLaren 9 1:41.515 10 6 1:41.821 8 1:42.084 8
7 14 Fernando Alonso Alpine 10 1:41.598 8 7 1:42.209 8 1:42.116 7
8 63 Corc Rassell Mercedes 3 1:40.028 11 5 1:41.725 4 1:42.161 8
9 24 Quanyu Çjou Alfa Romeo 7 1:40.791 11 9 1:42.640 9 1:42.719 8
10 6 Nikolas Latifi Williams 15 1:41.998 11 10 1:43.273 8 2:03.095 5
11 10 Pyer Qasli AlphaTauri 11 1:41.680 11 11 1:43.702 8
12 77 Valtteri Bottas Alfa Romeo 8 1:41.396 11 12 1:44.232 9
13 22 Yuki Tsunoda AlphaTauri 13 1:41.893 10 13 1:44.311 9
14 3 Daniel Rikkardo McLaren 14 1:41.933 10 14 1:44.355 8
15 31 Esteban Okon Alpine 12 1:41.730 8 15 1:45.190 9
16 23 Aleksander Elbon Williams 16 1:42.078 11
17 20 Kevin Maqnussen Haas 17 1:42.159 11
18 5 Sebastyan Fettel Aston Martin 18 1:42.666 9
19 47 Mik Şumaxer Haas 19 1:42.708 11
20 18 Ləns Stroll Aston Martin 20 1:43.430 10
, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*