F-1.az bildirir ki, bukmeykerlər Ferstappenə Leklerdən 1.5 dəfə çox inanırlar. Qələbə uğrunda mübarizənin bu ikili arasında gedəcəyini gözləyirlər. Üçüncü Peresin şansları isə Leklerdən 3 dəfə az dəyərləndirilir…
Britaniya Qran Prisində qələbə | Əmsal |
Maks Ferstappen | 1.90 |
Şarl Lekler | 3.00 |
Serxio Peres | 9.00 |
Karlos Sayns | 13.00 |
Lyuis Həmilton | 15.00 |
Corc Rassell | 17.00 |
Kanada Qran Prisindən sonra Ferstappen ən yaxın izləyicisi Peresi 46 xal fərqlə üstələyir. Leklerlə xal fərqi isə 49-dur. Lakin idarənin əməkdaşları ötən ilin çempionuna ən ciddi rəqib kimi məhz monakolunu göstərirlər. Peresin titul şansları isə ötən yarışla müqayisədə 3 dəfəyə yaxın az qiymətləndirilib.
Çempionatda qələbə (sürücülər) | Əmsal |
Maks Ferstappen | 1.17 |
Şarl Lekler | 6.50 |
Serxio Peres | 34.00 |
Corc Rassell | 51.00 |
Lyuis Həmilton | 67.00 |
Karlos Sayns | 81.00 |
Bukmeykerlər Mühəndislər Kubokunun qalibinin Red Bull olacağına qəti şübhə etmirlər və onların fikrincə, avstriyalıların şansları Ferrari-dən 4 dəfə çoxdur…
Çempionatda qələbə (komandalar) | Əmsal |
Red Bull | 1.22 |
Scuderia Ferrari | 5.00 |
Mercedes AMG | 19.00 |
McLaren, Alpine, AlphaTauri, Alfa Romeo, Haas | 2001.00 |
Aston Martin | 3001.00 |
Williams | 4001.00 |