F-1.az xatırladır ki, cümə günü ilk sərbəst yürüşlərdə Maks Ferstappen hamıdan sürətli olub. Axşam daha sərin havada baş tutan sıralanma turunda isə Lyuis Həmilton hamını üstələyib. Niderlandlı sürücü dünənki sərbəst yürüşlərdə də protokollara başçılıq edib. Onun uğurlu çıxışı bununla bitməyib – tarixin ilk sprint yarışında Həmiltonu startdaca üstələyərək liderliyə yüksəlib, sona qədər birinciliyini qoruyaraq növbəti poulunu əldə edib.
Yarışa sprint yarışındakı qəzadan sonra pit yolundan başlayacan Peres sərt, qalan bütün sürücülər orta təkərlərlə başlayıblar.
Birinci cərgədən Ferstappen və Həmilton, onların arxasından Bottas və Lekler, üçüncü cərgədən isə Norris və Rikkardo start alıblar.
Startda Ferstappen liderliyini qoruyub, Lekler Bottası ötüb. Rəykkönen 3 pillə irəliləyərək onuncu yerə yüksəlib. Həmilton Maksa hücumlar edib. Doqquzuncu döngədə bu hücumlar insidentlə nəticələnib – Lyuis daxili radiusu tutub, hər iki sürücü ayağını qaz pedalından çəkməyib, toqquşma nəticəsində Ferstappen trasdan çıxaraq sərt şəkildə bariyerlərlə toqquşub. Yarış dərhal qırmızı bayraqlarla dayandırılıb.
Hamı pit yoluna yönəlib və maşınları tərk edib. Marşallar Maksın maşını təxliyə edildikdən sonra zədələnmiş bariyerin bərpası üçün çalışıblar. 51G təzyiqə məruz qalmış Ferstappen dərhal xəstəxanaya göndərilib, lakin səhhətində hansısa problem aşkar edilməyib.
Fasilə uzun olub, yalnız 35 dəqiqədən sonra restart verilib. Həmilton insidentə görə 10 saniyə itirməklə cəzalandırılıb. Yenidən start verilib, Lekler liderliyini qoruyub, Norris isə Bottası üstələyib. Fettel yerində fırlanıb, Stroll Rəykköneni keçib. 5-ci dövrədən sonra ilk onluq: Lekler – Həmilton – Norris – Bottas – Rikkardo – Alonso – Sayns – Stroll – Okon – Covinatsi.
Sayns 6-cı dövrədə Alonsonu qabaqlayıb. Sonuncu yerdən start alan Peres 12-ci yerə qədər yüksəlib. Leklerin maşınının mühərrikinin işləməsində fasilələr yaranıb, monakolu sürücü dərhal mexanikin məsləhətlərini yerinə yetirərək problemi aradan qaldırıb. Qasliyə trasın hüdudlarını pzoduğu üçün ağ-qara bayraq göstərilib. Fettel, Rəykkönen, Peres və Rassell 19-cu, Okon və Latifi 20-ci, növbəti iki dövrədə isə Rikkardo və Norris pit-stop edib. Lando pit-stopda gecikdirilib.
Peres Okon və Rəyyköneni keçib. Bottas 23-cü dövrədə təkərlərini dəyişib. Stroll, Covinatsi, Alonso, Şumaxer və Mazepin də pit-stop dalğasına qoşulublar. Həmilton yeni təkərlərə 28-ci dövrədə keçib və 10 saniyəlik cəzasını ödəyərək trasa beşinci yerdə qayıdıb.
Sayns və Qasli 29-cu dövrədə pit-stop ediblər, Sayns da pit-stopda gecikdirilib. Lekler 30-cu dövrədə pit yoluna yönəlib və liderliyini qoruyaraq trasa qayıdıb. Qasli Okonu keçib, Həmilton isə Norrisi geridə qoyaraq üçüncülüyə yüksəlib. 32-ci dövrədən sonra ilk onluq: Lekler – Bottas – Həmilton – Norris – Rikkardo – Sayns – Alonso – Stroll – Peres – Qasli.
Bottas Leklerə yaxınlaşa bilməsə də, Həmilton onunla olan fərqi azaldıb. Peres 39-cu dövrədə ikinci pit-stopunu edib. Bottas 40-cı dövrədə Həmiltona yol verib. Bir dövrə sonra Fettel mexaniki problemlərə görə boksa gəlib və yarışı yarımçıq saxlayıb.
Həmilton Leklerlə fərqi sürətlə azaldıb. Qaslinin təkəri deşilib və o dərhal pit-stop edib. Red Bull Peresi sürətli dövrə üçün yenə təkər dəyişməyə çağırıb. Lyuis 50-ci dövrədə səhvə yol verən Şarlı qabaqlayaraq liderliyə yüksəlib.
Lyuis Həmilton mövsümdə 4-cü, Silverstounda 8-ci, karyerasında isə 99-cu qələbəsini qazanıb. Şarl Lekler ikinci olaraq bu mövsüm ən yaxşı nəticəsində imza atıb. Podyumu Valtteri Bottas tamamlayıb.
Mövsümün ilk hissəsi iki həftə sonra Hunqarorinqdə keçiriləcək yarışla başa çatacaq…
Yer | N | Sürücü | Komanda | Zaman/Fərq | Pit |
1 | 44 | Lyuis Həmilton | Mercedes AMG | 1:58.23.284 | 2 |
2 | 16 | Şarl Lekler | Ferrari | + 0:03.871 | 2 |
3 | 77 | Valtteri Bottas | Mercedes AMG | + 0:11.125 | 2 |
4 | 4 | Lando Norris | McLaren | + 0:28.573 | 1 |
5 | 3 | Daniel Rikkardo | McLaren | + 0:42.624 | 1 |
6 | 55 | Karlos Sayns | Ferrari | + 0:43.454 | 2 |
7 | 14 | Fernando Alonso | Alpine | + 1:12.093 | 2 |
8 | 18 | Ləns Stroll | Aston Martin | + 1:14.289 | 2 |
9 | 31 | Esteban Okon | Alpine | + 1:16.162 | 2 |
10 | 22 | Yuki Tsunoda | AlphaTauri | + 1:22.065 | 1 |
11 | 10 | Pyer Qasli | AlphaTauri | + 1:25.327 | 2 |
12 | 63 | Corc Rassell | Williams | +1 dövrə | 2 |
13 | 99 | Antonio Covinatsi | Alfa Romeo | +1 dövrə | 2 |
14 | 6 | Nikolas Latifi | Williams | +1 dövrə | 2 |
15 | 7 | Kimi Rəykkönen | Alfa Romeo | +1 dövrə | 2 |
16 | 11 | Serxio Peres | Red Bull | +1 dövrə | 3 |
17 | 9 | Nikita Mazepin | Haas | +1 dövrə | 2 |
18 | 47 | Mik Şumaxer | Haas | +1 dövrə | 2 |
Sürətli dövrə: Serxio Peres (Red Bull) – 1:28.617 (51-ci dövrə, 239.317 km/s)
MÜBARİZƏNİ DAYANDIRAN:
Sürücü | Komanda | Dövrə | Səbəb |
Maks Ferstappen | Red Bull | 1 | qəza |
Sebastyan Fettel | Aston Martin | 41 | soyutma sistemi |
SÜRÜCÜLƏRİN ÇEMPİONATI:
Yer | N | Sürücü | Ölkə | Komanda | Xal |
1 | 33 | Maks Ferstappen | Red Bull Racing | 185 | |
2 | 44 | Lyuis Həmilton | Mercedes-AMG Petronas F1 Team | 177 | |
3 | 4 | Lando Norris | McLaren Racing | 113 | |
4 | 77 | Valtteri Bottas | Mercedes-AMG Petronas F1 Team | 108 | |
5 | 11 | Serxio Peres | Red Bull Racing | 104 | |
6 | 16 | Şarl Lekler | Scuderia Ferrari Mission Winnow | 80 | |
7 | 55 | Karlos Sayns | Scuderia Ferrari Mission Winnow | 68 | |
8 | 3 | Daniel Rikkardo | McLaren Racing | 50 | |
9 | 10 | Pyer Qasli | Scuderia AlphaTauri Honda | 39 | |
10 | 5 | Sebastyan Fettel | Aston Martin Cognizant F1 Team | 30 | |
11 | 14 | Fernando Alonso | Alpine F1 Team | 26 | |
12 | 18 | Ləns Stroll | Aston Martin Cognizant F1 Team | 18 | |
13 | 31 | Esteban Okon | Alpine F1 Team | 14 | |
14 | 22 | Yuki Tsunoda | Scuderia AlphaTauri Honda | 10 | |
15 | 7 | Kimi Rəykkönen | Alfa Romeo Racing ORLEN | 1 | |
16 | 99 | Antonio Covinatsi | Alfa Romeo Racing ORLEN | 1 |
MÜHƏNDİSLƏR KUBOKU:
Yer | Komanda | Motor | Xal |
1 | Red Bull Racing | Honda | 289 |
2 | Mercedes AMG Petronas F1 Team | Mercedes | 285 |
3 | McLaren F1 Team | Mercedes | 163 |
4 | Scuderia Ferrari Mission Winnow | Ferrari | 148 |
5 | Scuderia AlphaTauri Honda | Honda | 49 |
6 | Aston Martin Cognizant F1 Team | Mercedes | 48 |
7 | Alpine F1 Team | Renault | 40 |
8 | Alfa Romeo Racing ORLEN | Ferrari | 2 |