F-1.az bildirir ki, sıralanma turundan əvvəlki yeganə sərbəst yürüşlərdə Maks Ferstappen böyük üstünlüyə sahib olub.
İlk Sessiyada Ferstappen elə ilk cəhdində Həmiltonu 0.4 saniyə üstələyib – 1: 26.751. Maks təkərlərə qənaət məqsədi ilə ikinci cəhdinə çıxmayıb. Təkərlər effektini tez itirib. Lekler son döngədə səhvə yol verib, sürücülər trasdakı sıxlıqdan şikayət ediblər. Ferstappenin nəticəsi ən yaxşı olaraq qalıb. Mazepin, Şumaxer, Latifi, Rəykkönen və Tsunoda mübarizəni dayandırıb.
İkinci Sessiyada da Ferstappen ilk cəhdində Lyuisi üstələyib. Peres və Fettel ikinci cəhdlərindən imtina etsələr də, qalan sürücülər trasa qayıdıblar. Həmilton 1:26.023-lük nəticə göstərib, Ferstappen ona cüzi fərqlə uduzub. Stroll, Covinatsi, Okon, Qasli və Alonso üçün sıralanma turu başa çatıb. Hər üç ingilis sürücü – Həmilton, Rassell və Norris doğma trasda ilk onluğa düşə biliblər.
Son sessiyada Rassell ilk cəhdindən imtina edib, qalan hamı boksları erkən tərk edib. Həmilton ilk cəhdində sürətli olub – 1:26.134. Təkərlərdən şikayətlənən Maks ona bir qədər uduzub. Ferstappen ikinci cəhdində daha yaxşı nəticə göstərib, lakin öz nəticəsini yaxşılaşdıra bilməyən Həmiltona çatmayıb.
Lyuis Həmilton Silverstounda sıralanma turunun qalibi olub. Sabahkı tarixdəki ilk sprint yarışına onunla birlikdə qabaq cərgədən Maks Ferstappen başlayacaq. Onların arxasında isə müvafiq olaraq, Valtteri Bottas və Şarl Lekler start götürəcəklər. Üçüncü cərgə isə Serxio Peres və Lando Norrisindir.
Bazar günü baş tutacaq Britaniya Qran Prisinin start düzümünü isə sabahkı sprint yarışı təyin edəcək…
Yer | N | Sürücü | Komanda | 1-ci sessiya | 2-ci sessiya | 3-cü sessiya | |||||
Yer | Zaman | Dövrə | Yer | Zaman | Dövrə | Zaman | Dövrə | ||||
1 | 44 | Lyuis Həmilton | Mercedes AMG | 2 | 1:26.786 | 8 | 1 | 1:26.023 | 8 | 1:26.134 | 7 |
2 | 33 | Maks Ferstappen | Red Bull | 1 | 1:26.751 | 3 | 2 | 1:26.315 | 6 | 1:26.209 | 7 |
3 | 77 | Valtteri Bottas | Mercedes AMG | 9 | 1:27.487 | 8 | 3 | 1:26.764 | 7 | 1:26.328 | 7 |
4 | 16 | Şarl Lekler | Ferrari | 3 | 1:27.051 | 8 | 5 | 1:26.919 | 6 | 1:26.828 | 6 |
5 | 11 | Serxio Peres | Red Bull | 4 | 1:27.121 | 8 | 6 | 1:27.073 | 3 | 1:26.844 | 6 |
6 | 4 | Lando Norris | McLaren | 8 | 1:27.444 | 8 | 10 | 1:27.220 | 6 | 1:26.897 | 6 |
7 | 3 | Daniel Rikkardo | McLaren | 5 | 1:27.323 | 10 | 9 | 1:27.125 | 6 | 1:26.899 | 6 |
8 | 63 | Corc Rassell | Williams | 14 | 1:27.671 | 8 | 7 | 1:27.080 | 6 | 1:26.971 | 3 |
9 | 55 | Karlos Sayns | Ferrari | 6 | 1:27.337 | 9 | 4 | 1:26.848 | 6 | 1:27.007 | 6 |
10 | 5 | Sebastyan Fettel | Aston Martin | 10 | 1:27.493 | 6 | 8 | 1:27.103 | 3 | 1:27.179 | 6 |
11 | 14 | Fernando Alonso | Alpine | 11 | 1:27.580 | 6 | 11 | 1:27.245 | 6 | ||
12 | 10 | Pyer Qasli | AlphaTauri | 13 | 1:27.600 | 8 | 12 | 1:27.273 | 6 | ||
13 | 31 | Esteban Okon | Alpine | 7 | 1:27.415 | 6 | 13 | 1:27.340 | 6 | ||
14 | 99 | Antonio Covinatsi | Alfa Romeo | 12 | 1:27.595 | 9 | 14 | 1:27.617 | 6 | ||
15 | 18 | Ləns Stroll | Aston Martin | 15 | 1:28.017 | 6 | 15 | 1:27.665 | 6 | ||
16 | 22 | Yuki Tsunoda | AlphaTauri | 16 | 1:28.043 | 10 | |||||
17 | 7 | Kimi Rəykkönen | Alfa Romeo | 17 | 1:28.062 | 9 | |||||
18 | 6 | Nikolas Latifi | Williams | 18 | 1:28.254 | 8 | |||||
19 | 47 | Mik Şumaxer | Haas | 19 | 1:28.738 | 10 | |||||
20 | 9 | Nikita Mazepin | Haas | 20 | 1:29.051 | 9 |