Britaniya-2021: İkinci sərbəst yürüşlər

Sürücülər sazlanmaları dünən seçiblər və sıralanma turundan sonra maşınlar Qapalı park rejimində olduqlarından, onlara müdaxilədən söz gedə bilməzdi.

Sürücülər əlində təzə təkər dəstlərindən çox qalmayıb. Lakin sprint yarışı və bugünkü yarışda seçiləcək strategiyalarla bağlı suallara cavab axtarmaq lazım gəlib.

F-1.az bildirir ki, sürücülər təkərlərin səmərəliliyini qiymətləndirməyə davam ediblər. Sessiya sakit keçib, yalnız son dəqiqələrdə Bottas yerində fırlanıb.

Dövrəvi nəticələr əvvəlki günlə müqayisədə, xeyli zəif olub. Heç kim sürətli dövrəyə cəhd etməyib, hamı sakitcə öz proqramını yerinə yetirməklə məşğul olub.

Protokollara Maks Ferstappen başçılıq edib – 1:29.902.

Bizi Bakı vaxtı ilə 19:30-dan etibarən tarixin ilk spirnt yarışı gözləyir. Yarışın qalibi həm də poulun sahibi olacaq…

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 33 Maks Ferstappen Red Bull 1:29.902 23
2 16 Şarl Lekler Ferrari 1:30.277 + 0:00.375 30
3 55 Karlos Sayns Ferrari 1:30.507 + 0:00.605 29
4 31 Esteban Okon Alpine 1:30.707 + 0:00.805 30
5 11 Serxio Peres Red Bull 1:30.800 + 0:00.898 26
6 4 Lando Norris McLaren 1:31.030 + 0:01.128 23
7 3 Daniel Rikkardo McLaren 1:31.034 + 0:01.132 23
8 44 Lyuis Həmilton Mercedes AMG 1:31.131 + 0:01.229 27
9 77 Valtteri Bottas Mercedes AMG 1:31.180 + 0:01.278 27
10 10 Pyer Qasli AlphaTauri 1:31.188 + 0:01.286 31
11 63 Corc Rassell Williams 1:31.237 + 0:01.335 24
12 99 Antonio Covinatsi Alfa Romeo 1:31.263 + 0:01.361 28
13 14 Fernando Alonso Alpine 1:31.289 + 0:01.387 27
14 7 Kimi Rəykkönen Alfa Romeo 1:31.328 + 0:01.426 26
15 6 Nikolas Latifi Williams 1:31.337 + 0:01.435 30
16 22 Yuki Tsunoda AlphaTauri 1:31.404 + 0:01.502 32
17 5 Sebastyan Fettel Aston Martin 1:31.593 + 0:01.691 33
18 18 Ləns Stroll Aston Martin 1:32.041 + 0:02.139 31
19 9 Nikita Mazepin Haas 1:32.474 + 0:02.572 30
20 47 Mik Şumaxer Haas 1:34.017 + 0:04.115 27
, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*