Britaniya-2021: Birinci sərbəst yürüşlər

Bu həftəsonu ilk dəfə olaraq yeni format yoxlanılacaq. Sıralanma turundan əvvəl cəmi bir sərbəst yürüşlər olduğundan, sürücülər maksimum işləməyə çalışıblar.

F-1.az bildirir ki, hamı sazlanmaları tapmaq və yenilənmiş təkərlərin səmərəliliyini qiymətləndirməyə yönəlib. Buraya daha dözümlü olan yeni arxa təkərlər gətirilib və sürücülərə onları yoxlamaq imkanı Avstriyada verilmişdi.

İlk dəqiqələrdə sərt təkərlərlə uzun yürüşlərə yer verilsə də, sonradan daha yumşaq tərkiblərə keçilib və sıralanma turuna hazırlaşılıb. Sessiya sakit keçib, yalnızca Saynsın üçüncü döngədə yerində fırlanmasını və Rassellin bir güzgüsünü qırmasını qeyd etmək olar.

Protokollara böyük fərqlə Maks Ferstappen başçılıq edib – 1:27.035. Bizi bu gün Bakı vaxtı ilə 21:00-dan etibarən maraqlı sıralanma turu gözləyir…

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 33 Maks Ferstappen Red Bull 1:27.035 23
2 4 Lando Norris McLaren 1:27.814 + 0:00.779 26
3 44 Lyuis Həmilton Mercedes AMG 1:27.815 + 0:00.780 29
4 16 Şarl Lekler Ferrari 1:27.828 + 0:00.793 25
5 77 Valtteri Bottas Mercedes AMG 1:27.897 + 0:00.862 29
6 55 Karlos Sayns Ferrari 1:27.923 + 0:00.888 25
7 5 Sebastyan Fettel Aston Martin 1:28.062 + 0:01.027 23
8 11 Serxio Peres Red Bull 1:28.163 + 0:01.128 25
9 3 Daniel Rikkardo McLaren 1:28.211 + 0:01.176 28
10 31 Esteban Okon Alpine 1:28.415 + 0:01.380 24
11 10 Pyer Qasli AlphaTauri 1:28.449 + 0:01.414 28
12 22 Yuki Tsunoda AlphaTauri 1:28.600 + 0:01.565 28
13 99 Antonio Covinatsi Alfa Romeo 1:28.827 + 0:01.792 26
14 14 Fernando Alonso Alpine 1:28.873 + 0:01.838 23
15 7 Kimi Rəykkönen Alfa Romeo 1:29.220 + 0:02.185 27
16 6 Nikolas Latifi Williams 1:29.227 + 0:02.192 27
17 47 Mik Şumaxer Haas 1:29.227 + 0:02.192 24
18 18 Ləns Stroll Aston Martin 1:29.597 + 0:02.562 20
19 9 Nikita Mazepin Haas 1:29.808 + 0:02.773 23
10 63 Corc Rassell Williams 1:29.857 + 0:02.822 28
, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*