F-1.az bildirir ki, dünən qəza edən Elbonun maşınında elektrik problemləri meydana gəlib. Mexaniklər onları yalnız sessiyanın sonuna yaxın aradan qaldıra biliblər və sürücü trasa yekuna 15 dəqiqə qalmış çıxa bilib.
Sessiya sakit keçib. Fettel trasdan çıxsa da, geri qayıda bilib. Dünən isti havada Soft təkərlər tez aşınsa da, bu gün elə olmayıb. Maraqlıdır ki, bu yarışa ən yumşaq tərkib kimi gətirilmiş C3 təkərlər gələn həftəki yarışda Medium təkər olacaqlar.
Bütün idmançıların Soft ilə nəticə göstərdiyi sessiyada Bottas 1:25.873-lük nəticə ilə hamıdan sürətli olub.
Sıralanma turu Bakı vaxtı ilə 17:00-da start götürəcək.
Yer | N | Sürücü | Komanda | Zaman | Fərq | Dövrə |
1 | 77 | Valtteri Bottas | Mercedes AMG | 1:25.873 | – | 19 |
2 | 44 | Lyuis Həmilton | Mercedes AMG | 1:26.011 | + 0:00.138 | 22 |
3 | 33 | Maks Ferstappen | Red Bull | 1:26.173 | + 0:00.300 | 15 |
4 | 18 | Ləns Stroll | Racing Point | 1:26.576 | + 0:00.703 | 14 |
5 | 55 | Karlos Sayns | McLaren | 1:26.664 | + 0:00.791 | 22 |
6 | 16 | Şarl Lekler | Ferrari | 1:26.771 | + 0:00.898 | 19 |
7 | 4 | Lando Norris | McLaren | 1:26.798 | + 0:00.925 | 23 |
8 | 3 | Daniel Rikkardo | Renault | 1:26.841 | + 0:00.968 | 15 |
9 | 27 | Niko Hülkenberq | Racing Point | 1:26.872 | + 0:00.999 | 15 |
10 | 10 | Pyer Qasli | AlphaTauri | 1:27.046 | + 0:01.173 | 19 |
11 | 26 | Daniil Kvyat | AlphaTauri | 1:27.076 | + 0:01.203 | 18 |
12 | 31 | Esteban Okon | Renault | 1:27.158 | + 0:01.285 | 16 |
13 | 23 | Aleksander Elbon | Red Bull | 1:27.178 | + 0:01.305 | 9 |
14 | 5 | Sebastyan Fettel | Ferrari | 1:27.251 | + 0:01.378 | 21 |
15 | 8 | Roman Qrojan | Haas | 1:27.537 | + 0:01.664 | 18 |
16 | 63 | Corc Rassel | Williams | 1:27.738 | + 0:01.865 | 17 |
17 | 99 | Antonio Covinatsi | Alfa Romeo | 1:27.825 | + 0:01.952 | 16 |
18 | 20 | Kevin Maqnussen | Haas | 1:27.860 | + 0:01.987 | 15 |
19 | 7 | Kimi Rəykkönen | Alfa Romeo | 1:27.976 | + 0:02.103 | 20 |
20 | 6 | Nikolas Latifi | Williams | 1:28.112 | + 0:02.239 | 15 |