F-1.az xatırladır ki, dünən baş tutan ilk məşqlərdə Ferstappen, ikinci məşqlərdə Stroll hamıdan sürətli olub. Bu gün sıralanma turundan 2 saat əvvəl başa çatmış son məşqlərdə isə Bottas protokollara başçılıq edib.
Həftəsonu başlamazdan əvvəl diqqət mərkəzinə düşən xəbər Serxio Peresin koronavirusla yoluxması və yarışda iştirak edə bilməyəcəyi olub. Racing Point qısa zaman ərzində onu əvəzləyəcək sürücü problemini həll edib – Peresin sükanı ən azından bu həftəsonu üçün Niko Hülkenberqə həvalə edilib.
Daniil Kvyat ötürmələr qutusunu vaxtından əvvəl dəyişdiyi üçün startda 5 yer itirəcək.
Pirelli Britaniyadakı ilk yarışa sərt üçlüyü- C1, C2 və C3 tərkiblərini gətirib.
Sıralanma turuna yağış vəd edilsə də, həftəsonunun ən vacib ikinci sessiyası quru havada baş tutub.
İlk Sessiyada hamı Soft təkərlərlə çıxıb. İlk cəhddə Bottas hamıdan fərqlənib. Finlandiyalı sürücü ilə yanaşı, Ferstappen, Lekler və Elbon ikinci cəhdlərindən imtina ediblər. Latifi trasdan çıxdığı üçün sarı bayraqlar dalğalandırılsa da, tezliklə vəziyyət düzəlib.
Stüardlar Rassellin sarı bayraqlar altında sürətini kifayət qədər azaltmadığını düşünürlər və məsələ araşdırılacaq. Bottasın 1:25.801-lik nəticəsi ən yaxşı olaraq qalıb, Latifi ilə yanaşı, Haas və Alfa Romeo sürücüləri üçün mübarizə başa çatıb.
İkinci sessiyada Mercedes, Red Bull, Racing Point sürücüləri və Şarl Lekler Medium təkərlərlə boksları tərk ediblər. Bottas ilk cəhddə trasın mütləq rekordunu yeniləyib – 1:25.015. Həmilton yerində fırlanaraq trasa qayıdıb və asfalta çınqıl yayılıb. Sessiya qırmızı bayraqlarla dayandırılıb. Britaniyalı sürücü ikinci cəhdində komanda yoldaşından sonrakı yerə yüksəlib. Rassel, Kvyat, Hülkenberq, Elbon və Qasli ilk onluğa düşə bilməyiblər.
Son sessiyada hamı ən yumşaq təkərlərlə mübarizəyə qoşulub. Ferrari mexanikləri Lekleri Strollun önündə təhlükəli şəkildə trasa buraxıblar ki, stüardlar bu məsələni də araşdıracaqlar. Həmilton ilk cəhddə 1:24.616-lıq nəticə göstərib, ikinci cəhddə istə trasın yeni rekordunu müəyyən edib – 1:24.303. Bottas isə onun ilk cəhddəki nəticəsini təkrarlayıb.
Beləliklə, Lyuis Həmilton cari mövsümdə ardıcıl üçüncü, karyerasında isə 91-ci poulunu qazanıb. Bu, həm də Lyuisin Silverstoundakı 7-ci pouludur. Mercedes sürücüləri ardıcıl 8-ci dəfə burada yarışa ilk sıradan başlayacaqlar. Valtteri Bottas ikinci yeri tutub, onlara kifayət qədər uduzan Maks Ferstappen isə üçüncü ola bilib. Maksın yanından sabah start alacaq sürücü isə Şarl Leklerdir.
Britaniya Qran Prisi sabah Bakı vaxtı ilə 17:10-da başlayacaq…
Yer | N | Sürücü | Komanda | 1-ci sessiya | 2-ci sessiya | 3-cü sessiya | |||||
Yer | Zaman | Dövrə | Yer | Zaman | Dövrə | Zaman | Dövrə | ||||
1 | 44 | Lyuis Həmilton | Mercedes AMG | 2 | 1:25.900 | 7 | 2 | 1:25.347 | 9 | 1:24.303 | 6 |
2 | 77 | Valtteri Bottas | Mercedes AMG | 1 | 1:25.801 | 5 | 1 | 1:25.015 | 6 | 1:24.616 | 6 |
3 | 33 | Maks Ferstappen | Red Bull | 3 | 1:26.115 | 3 | 3 | 1:26.144 | 6 | 1:25.325 | 6 |
4 | 16 | Şarl Lekler | Ferrari | 9 | 1:26.550 | 4 | 5 | 1:26.203 | 6 | 1:25.427 | 6 |
5 | 4 | Lando Norris | McLaren | 15 | 1:26.855 | 8 | 8 | 1:26.420 | 6 | 1:25.782 | 6 |
6 | 18 | Ləns Stroll | Racing Point | 4 | 1:26.243 | 8 | 10 | 1:26.501 | 6 | 1:25.839 | 6 |
7 | 55 | Karlos Sayns | McLaren | 12 | 1:26.715 | 8 | 4 | 1:26.149 | 6 | 1:25.965 | 6 |
8 | 3 | Daniel Rikkardo | Renault | 11 | 1:26.677 | 8 | 7 | 1:26.339 | 5 | 1:26.009 | 6 |
9 | 31 | Esteban Okon | Renault | 7 | 1:26.396 | 8 | 6 | 1:26.252 | 6 | 1:26.209 | 6 |
10 | 5 | Sebastyan Fettel | Ferrari | 8 | 1:26.469 | 8 | 9 | 1:26.455 | 6 | 1:26.339 | 6 |
11 | 10 | Pyer Qasli | AlphaTauri | 6 | 1:26.343 | 8 | 11 | 1:26.501 | 4 | ||
12 | 23 | Aleksander Elbon | Red Bull | 10 | 1:26.565 | 5 | 12 | 1:26.545 | 6 | ||
13 | 27 | Niko Hülkenberq | Racing Point | 5 | 1:26.327 | 8 | 13 | 1:26.566 | 6 | ||
14 | 26 | Daniil Kvyat | AlphaTauri | 14 | 1:26.774 | 8 | 14 | 1:26.744 | 4 | ||
15 | 63 | Corc Rassell | Williams | 13 | 1:26.732 | 8 | 15 | 1:27.092 | 6 | ||
16 | 20 | Kevin Maqnussen | Haas | 16 | 1:27.158 | 9 | |||||
17 | 99 | Antonio Covinatsi | Alfa Romeo | 17 | 1:27.164 | 9 | |||||
18 | 7 | Kimi Rəykkönen | Alfa Romeo | 18 | 1:27.366 | 9 | |||||
19 | 8 | Roman Qrojan | Haas | 19 | 1:27.643 | 9 | |||||
20 | 6 | Nikolas Latifi | Williams | 20 | 1:27.705 | 7 |