F-1.az trasın rəsmi saytına istinadən bildirir ki, cümə və şənbə günləri hava buludlu olacaq, temperatur +23 dərəcəyə qədər yüksələcək. Bazar günü də səmanın buludlu olacağı, nahardan sonra güclü yağış yağacağı gözlənilir. Hava maksimum +19 dərəcəyə qədər isinəcək.
Xatırladaq ki, keçən il üçüncü məşqlərdən başqa bütün sessiyalar quru havada baş tutmuşdu.