F-1.az bildirir ki, komandalar bu vəziyyətdən həm də öz xeyirlərinə istifadə ediblər – sessiyanı bir sıra yenilikləri yoxlamağa sərf ediblər. Peresin koronavirus testi müsbət çıxdıqdan sonra onu əvəzləmək üçün bir sutkadan qısa vaxt ərzində oturacaq sazlanmaları üçün fabrikə gedən, trasa gələrək testdən keçən və məşqlərə özünü çatdıran Niko Hülkenberq trasa hamıdan tez çıxıb.
Fettel ilk məşqləri boksda keçirib. Buna səbəb telemetriyadakı problemlər olub – alman sürücü bir neçə dövrə vurduqdan sonra maşını mexaniklərə təslim edib. Rəykkönen asfaltdan çıxıb, komanda yoldaşı Covinatsi isə yerində fırlanıb. İtalyan sürücü boksa qayıdarkən asfaltın üstünə çınqıl və torpaq dağılıb. Sessiya onların təmizlənməsi üçün qırmızı baryaqlarla dayandırılıb.
Protokollara 1:27.422-lik nəticə ilə Maks Ferstappen başçılıq edib.
Yer | N | Sürücü | Komanda | Zaman | Fərq | Dövrə |
1 | 33 | Maks Ferstappen | Red Bull | 1:27.422 | – | 26 |
2 | 44 | Lyuis Həmilton | Mercedes AMG | 1:27.896 | + 0:00.474 | 26 |
3 | 18 | Ləns Stroll | Racing Point | 1:28.004 | + 0:00.582 | 21 |
4 | 23 | Aleksander Elbon | Red Bull | 1:28.129 | + 0:00.707 | 22 |
5 | 16 | Şarl Lekler | Ferrari | 1:28.221 | + 0:00.799 | 21 |
6 | 77 | Valtteri Bottas | Mercedes AMG | 1:28.519 | + 0:01.097 | 27 |
7 | 31 | Esteban Okon | Renault | 1:28.559 | + 0:01.137 | 25 |
8 | 3 | Daniel Rikkardo | Renault | 1:28.575 | + 0:01.153 | 21 |
9 | 27 | Niko Hülkenberq | Racing Point | 1:28.592 | + 0:01.170 | 22 |
10 | 26 | Daniil Kvyat | AlphaTauri | 1:28.868 | + 0:01.446 | 20 |
11 | 10 | Pyer Qasli | AlphaTauri | 1:28.909 | + 0:01.487 | 23 |
12 | 55 | Karlos Sayns | McLaren | 1:28.988 | + 0:01.566 | 22 |
13 | 4 | Lando Norris | McLaren | 1:28.990 | + 0:01.568 | 21 |
14 | 20 | Kevin Maqnussen | Haas | 1:29.532 | + 0:02.110 | 22 |
15 | 8 | Roman Qrojan | Haas | 1:29.576 | + 0:02.154 | 23 |
16 | 7 | Kimi Rəykkönen | Alfa Romeo | 1:29.746 | + 0:02.324 | 24 |
17 | 63 | Corc Rassell | Williams | 1:29.899 | + 0:02.477 | 22 |
18 | 99 | Antonio Covinatsi | Alfa Romeo | 1:29.925 | + 0:02.503 | 16 |
19 | 6 | Nikolas Latifi | Williams | 1:30.703 | + 0:03.281 | 19 |
20 | 5 | Sebastyan Fettel | Ferrari | – | – | 2 |